ANA SƏHİFƏ / SİYASƏT

Qənirə Paşayevadan ÇAĞIRIŞ

11544    |   2019-10-22 18:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Milli Məclisdə "Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qənirə Paşayeva çıxış edərək bu konvensiyaya qoşulmağımızın, bununla bağlı qanunun qəbul olunmasının vacibliyi haqqında geniş fikirlərini bölüşüb.

 Qənirə Paşayeva 18 yaşına çatmamış uşaqlarımızı qorumaq üçün bütün vacib qanun və qərarları qəbul etməli və onların yerinə yetirilməsi istiqamətində müvafiq qurumlar ciddi addımlar atmalıdır deyib və bir sıra təkliflərlə çıxış edib.

Millət vəkili Qənirə Paşayeva hökümət və parlamenti digər vacib bir konvensiyanı - qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasını (İstanbul Konvensiyasını) da imzalamağa və ratifikasiya etməyə çağırıb.

Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması istiqamətində ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyət göstərdiyi dövrdə qanunvericilik sahəsində önəmli addımlar atıldığını vurğulayan millət vəkili Qənirə Paşayeva ölkəmizin bu konvensiyanı imzalaması və ratifikasiya etməsi dövlətimizin beynəlxalq imici üçün də vacib bir məsələdir, amma ən əsası bu ilk növbədə bizim insanlarımız üçün lazımdır deyib.

Öncəliklə zorakılıq qurbanı olan qadınlarımızın, məişət zorakılığının qurbanı olan insanlarımızın hüquqlarının daha yaxşı qoruna bilməsi üçün lazımdır deyən millət vəkili Q. Paşayeva bildirib ki, qadınlara qarşı zorakılığın, məişət zorakılığının artması hamımızı ciddi narahat etməlidir və dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi bu cür ciddi narahatlıq doğuran problemlə mübarizə istiqamətində fəaliyyətimizi daha da gücləndirməliyik. Ona görə də mən qısa zaman da bu konvensiyanın da imzalanıb, ratifikasiya edilməsinə və ümumiyyətlə qadınlara qarşı zorakılıq, məişət zorakılığı ilə daha fəal və sərt mübarizəyə çağırıram .




İmza:

Azərbaycanın yüksək beynəlxalq nüfuzunun daha bir göstəricisi

Siyavuş Novruzov: “Yeni Azərbaycan” qəzetinə Alqış kimi baş redaktor gəlməyib

İlkin Rüstəmzadə NİDA-dan istefa verdi

Qarabağın azərbaycanlı icmasına yeni sədr müavini təyin edildi

Türkiyənin Xarici İşlər naziri: “Fransa rəsmi Ankaradan üzr istəməlidir”

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu təbrik edib

Bir erməni gecikmir, bir də Putin... - İlham İsmayıl yazır

“Kül başına Amerika, gör, sənə kim yardım göndərir…”

Elmar Məmmədyarov: Virusun sürətlə yayılması bütün bəşəriyyət üçün ciddi bir çağırışdır

BMT-dən qaçqın statusu ilə bağlı açıqlama

Vətəndaş məktubları: Cənab Prezident, xalqımızı düşünərək atdığınız qətiyyətli addımları yüksək qiymətləndiririk

Ərdoğan: Türkiyə Suriyanın ərazi bütövlyünün qorunması üçün əlindən gələni edəcək

SON XƏBƏRLƏR
2020-07-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK