hacklink Adalet.az | Etibar Əliyev: Sabir Əhmədlinin yaradıcılığı lazımınca öyrənilməyib Adalet.az | Etibar Əliyev: Sabir Əhmədlinin yaradıcılığı lazımınca öyrənilməyib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Etibar Əliyev: Sabir Əhmədlinin yaradıcılığı lazımınca öyrənilməyib

4304    |   2019-10-22 09:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xalq yazıçısı Sabir Əhmədlinin "Yazılmayan yazı" avtobioqrafik memuar-romanını oxudum. Böyük yazıçının şəhid oğlu haqqında yazdıqları ürəkləri parçalayır: "Ömür yoldaşımla bir-birimizi istəmişik. Ayrı cür də ola bilərdi. Yoldaşım öz baxtımmış, çıxıb qabağıma. Üç övlad bəxş edib mənə. İki oğlan, bir qız. Hər üçü öz varlığım qədər şirin, doğma, qanı-qanımdan, canı-canımdan. Sonuncu oğlanın doğulması da qəribədir. Kəndə getmişdik yayda dincəlməyə. Qoca xalam soruşdu: - Neçə uşağınız var? Dedim: - iki. Təəssüfləndi: - Azdır. Bəlkə qarğa gəldi birini apardı? Demək biri tək qalacaq.

Bu söhbətdən bir ilə yaxın sonra üçüncü uşaq oldu. Atam xəstəydi. Hələ uşağın oğlanmı, qızmı olacağını bilmədən ana bətnindəykən ona hələ sağ atamın adını-Məhəmməd qoymuşduq. Elə də oldu. Gözəl oğlan idi. Ərköyün, sonbeşik. Hamı onu istəyir, sevirdi. Taleyi də faciə ilə bitdi. Ermənilərlə savaşda şəhid oldu."

Təəssüflər olsun ki, Sabir Əhmədli kimi böyük yazıçı və şəxsiyyətin yaradıcılığı və keçdiyi şərəfli yol lazımınca öyrənilməyib. Biz də beləyik...


İmza:
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK