ANA SƏHİFƏ / MƏMLƏKƏT

Şabranda intihar edən 22 yaşlı gənc oğlanın İNTİHAR MƏKTUBU

9293    |   2019-10-21 11:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məlum olduğu kimi, iki gün bundan öncə – oktyabrın 19-u axşam saatlarında Şabran rayonunda baş verib. 22 yaşlı gənc özünü Şabran rayonunda kirayə qaldıqları mənzildə asaraq intihar edib. 

Qeyd edək ki, intihar edən şəxs Quba rayon Xaltan kənd sakini 1997-ci il təvəllüdlü Əliməmmədov Mərhəmət Zahid oğludur. O anası ilə Şabran rayonunda kirayə qalıb şəxsi təsərrüfatlarda fəhlə işləyirdi. Anası ilə çiyin-çiyinə çalışan Mərhəmət Əliməmmədov hər zaman sosial durumlarından dolayı gileylənmiş və buna görə özünü anasının qarşısında günahkar bilmişdi.

"Hələ cavanam, ana. Amma mütləq səni bir gün xöşbəxt edəcəm. Rahat və gözəl bir ev alacam sənin üçün, anacan. Və heç vaxt işləməyəcəksən. Az qalıb. Bir az da döz, ana”.

Mərhəmət Əliməmmədov bu sözləri intihar etməmişdən qabaq anasına deyib. Amma sonda nə anasına, nə də cavan canına mərhəmət göstərmədən intihar yolu seçib. İntihar etməzdən öncə anası üçün bir məktub da yazdı.

"Bağışla məni, ana. Nə səni yaşada bildim, nə də özümü. Qurban olum, ana, bağışla məni”.

Mərhəmət Əliməmmədov doğulduğu Quba rayonunda dəfn edilib. Faktla əlaqədar Şabran Rayon Prokurorluğunda cinayət işi açılıb. (konkret.az)



İmza:
SON XƏBƏRLƏR
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK