hacklink Adalet.az | “Putin-Suriyanın yeni kralı” - “Libération” Adalet.az | “Putin-Suriyanın yeni kralı” - “Libération” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

“Putin-Suriyanın yeni kralı” - “Libération”

4556    |   2019-10-19 15:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"O, Ərdoğanın əli ilə qalib gəldi"

"Amerika qoşunlarının geri çəkilməsi, Türkiyə ordusunun Suriyaya hücumu, rəsmi Dəməşqlə kürdlərin ittifaqa girməsi, cümə axşamı Vaşinqton tərəfindən atəşkəs elan olunması. Bütün kartlar bir neçə günün içində Suriyada elə qarışdırıldı ki. Əsədin müttəfiqi olan Moskva həm hərbi, həm də diplomatik baxımdan güclü mövqelərə sahib oldu". Fransanın ən nüfuzlu nəşrlərindən olan "Libération” belə yazır.

Bütün müharibə edən tərəflərlə danışıqlar apararkən Rusiya yeni əldə etdiyi təzyiq mexanizmindən yararlanır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi Amerikanın tərəfdaşı olan ölkələrdə Vladimir Putin möhtəşəm şəkildə qarşılandı. Rəsmi Moskva Türkiyənin Suriya ilə bağlı hücumuna münasibətdə beynəlxalq xora qoşuldu. Türkiyənin hücumunu "qəbuledilməz" adlandırdı və sonra hərbi əməliyyatın "zaman və məkan baxımından məhdud çərçivədə" aparılmasının tərəfdarı olduğunu vurğuladı.

Infographie : carte de l'offensive turque en Syrie au 17 octobre 2019

Rusiya hədəfinə çatmaq üçün yeni təşəbbüslər irəli sürdü və çoxtərəfli danışıqlara getdi. Sürətli və çevik manevrlər sərgilədi. ABŞ-ın xəyanətindən sonra tamamilə başını itirən kürd qoşunları Bəşər Əsəd rejiminə müraciət etmək məcburiyyətində qaldı. Bazar günü kürd liderləri Rusiya bazasına dəvət olundu. Onlar Suriya ordusunun zabitləri ilə danışıqlar apardı. Təbii ki, Moskvanın diktəsi ilə.

Eyni zamanda, ruslar türklərə (YPG) kürd döyüşçülərin bu bölgədən (30 km.lik zonadan) tamamilə çıxarılacağını vəd etdilər. " Rusiya Suriya ordusunun müşayiəti ilə YPG qüvvələrini bölgədən uzaqlaşdırsa, buna qarşı çıxmayacağıq ", çərşənbə axşamı Türkiyə Xarici İşlər Nazirliyi belə bir bəyanat verdi.

Amerika tərəfdən tərk edilmiş kürdlərə qorunma təklif edən Rusiya, digər tərəfdən qanlı döyüşləri və beynəlxalq mübahisələri azaltmaqla, türklərə əsas hərbi məqsədlərinə çatma imkanı yaratdı. Tərəflərə belə şərait verən Rusiya qarşılığında bütün tərəflərin onu son qərar verən hakim kimi qəbul etməsinə nail olmağa çalışır.

Un convoi de militaires syriens et russes àproximité de Kobané, mercredi.

"Putin Ərdoğanla ortaqlıq qurduqdan sonra Türkiyənin Dəməşq rejimi ilə barışmasına çalışır və müvəffəqiyyətə yaxındır", Paris Beynəlxalq Araşdırmalar Mərkəzinin Türkiyə üzrə analitiki Bayram Balçı deyir. Rusiyanın əsas hədəfi Bəşər Əsəd rejiminin Suriyanın bütün ərazisini yenidən nəzarət altına alması məqsədi daşıyır və bu proses sona çatmaq üzrədir.

ABŞ Suriyadan çıxdıqdan sonra Rusiya super-dövlət kimi də yenidən parlamağa başlayıb.

"The Wall Street Journal” da hesab edir ki, son hadisələr Yaxın Şərqdə Rusiyanı əsas aktyora çevirib.

"Suriyadan çıxmaqla Türkiyəyə yaşıl işıq yandıran ABŞ Yaxın Şərqdəki tarazlığı bir anda dəyişdi. Rusiya bundan ən çox faydalanan tərəf oldu."

Hazırda Vladimir Putin Suriyadakı əvəzolunmaz strateji hakimdir. Artıq şahmat taxtasında olan heç bir fiqur Putinin əli dəymədən hərəkət edə bilməz. Bəşər Əsəd rejimi ayaqda qaldığına görə 2015-ci ilin sentyabrında Moskvanın hava müdaxiləsinə borcludur. Ona görə də ruslara Suriya hökuməti tərəfindən kimsənin nəsə deməsi sadəcə mümkün deyil.

Türkiyə Suriyanın şimalında öz layihəsini davam etdirmək üçün Rusiyadan asılı olacaq. Rusların Türkiyənin hərbi əməliyyata başlayacağı barədə əvvəlcədən bilgisi vardımı, bu, məlum deyil. Lakin Amerikanın Suriyadan geri çəkilməsi və Türkiyənin hərbi əməliyyata başlaması Moskvaya üçün göydəndüşmə fürsətlər yaratdı.

Rusiya Suriyada Türkiyənin layihəsinə elə də müqavimət göstərməyəcək. Türkiyənin NATO-dan uzaqlaşması və Rusiya ilə yaxınlaşmağa meyllənməsi prosesi də Moskva üçün xüsusi önəm daşıyır.

Suriyada İsrailin də marağı var, İranın da. Onlar da Moskvanın razılığı olmadan daha bu ölkədə nəsə edə bilməzlər.

"The Wall Street Journal” bu kimi məqamlara istinadən Putini Suriyanın yeni kralı adlandırır...

Fransanın "Le Monde” qəzetində gedən bu açıqlama isə xüsusi diqqətə layiqdir. "Nə qədər təəccüblü olsa da Putin Rəcəb Tayyib Ərdoğanın əli ilə Suriyada qələbə çaldı və Suriyada marağı olan digər ölkələrlə münasibəti pozmadan istəyinə nail oldu.” Rusiya Elmlər Akademiyası Avropa İnstitutunun Avropa-Orta Şərq Mərkəzinin rəhbəri Aleksandr Şumilin fransız nəşrinə belə deyib.

Russian and Syrian flags on military vehicles near Manbij, Syria, on Tuesday.

"Moskva Suriyada daha bir müvəffəqiyyətə sahibdir: Rəsmi Ankara ilə NATO müttəfiqləri arasında artan inamsızlıq göz qabağındadır. Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemini əldə etmək qərarı ilə korlanan Türkiyə-Amerika münasibətləri ortada ikən Avropa ölkələrinin də Türkiyəyə silah satışına embarqo qoyması vəziyyəti daha da pisləşdirdi və rəsmi Ankaranı Moskvadan daha çox silah almağa təhrik etdi.

Rusiya televiziyası-"Birinci kanal"ın aparıcısı Dmitri Kiselyov bazar günü axşam zarafata salıb beləcə də dedi:" Birləşmiş Ştatlar etibarsız tərəfdaşdır. Məsələn, polyaklar niyə belə əl-ayağa düşüblər? Tramp kürdlərə xəyanət etdi. Amerika Polşanı da satacaqmı? "

"Le Monde” onu da vurğulayır ki, bu gün böyük uduşa sahib olan Rusiya yaxın gələcəkdə Suriyada çıxılmaz vəziyyətlə də üzləşə bilər.

"Putin Suriya adlı bataqlıqda üzməyi öyrənməli olacaq, bu bataqlığın "qara dəliyə çevrilmək ehtimalı” da var", siyasi analitik Samir Altaki xəbərdarlıq edib.

"The New York Times” isə yazır ki, 8 ildir ki, Suriyada davam edən savaş ABŞ-ın gedişi ilə Rusiyanın xeyrinə başa çatdı. Artıq Suriyada ABŞ ilə Rusiya arasında hər hansı tarazlıqdan danışmağa belə dəyməz. Amerika gözlənilmədən Rusiyaya elə bir hədiyyə verdi ki...

Qəzet yazır ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Amerikanın köhnə dostlarıdır. Ancaq Amerikanın bölgədən çəkinməsi ilə onlar da Rusiyaya yaxınlaşmaq zorunda qalıb.

Qeyd olunur ki, Rusiya Suriyada uğur qazanmaq üçün hərbi gücdən və çevik diplomatiyadan yararlandı. Eyni zamanda, Qərb ölkələrinin yeritdiyi siyasətdə üzə çıxan yanlış addımlardan da Rusiya məharətlə istifadə etdi. Putin Suriyadan Türkiyə ilə yaxınlaşmaq üçün də çalışır. Türkiyə ilə NATO arasında münasibətlərin gərginləşməsi Putin üçün xüsusi önəm daşıyır.

Rockets fired by Turkish forces toward targets in Ras al-Ayn, Syria, could be seen on Tuesday from the Turkish side of the border.


Diqqət etdinizmi? Fransız qəzetləri də bu məqamı vurğulamışdı...

O da aydındır ki, ABŞ Suriyadan çıxmaqla Yaxın Şərqdəki müttəfiqlərini taleyin ümidinə buraxdi. Bu olay əslində bütün dünyada Amerikaya sığınan dövlətləri peşman və ümidsiz vəziyyətdə qoyub. Rusiyalı tele-ulduz Dmitri Kiselyovun "Tramp kürdlərə xəyanət etdi. Amerika Polşanı da satacaqmı? ", sualı indi bir çox dövlətlər üçün xüsusi aktuallıq kəsb edir. Şübhəsiz ki, həmin dövlətlər arasında Ukrayna və Gürcüstan da var. Dünən Amerikanın yanında olmaq üçün bütün riskləri gözardı edən ölkələr indi tərəddüd içindədir. Amerikanın beynəlxalq imici heç vaxt bu qədər sarsılmamışdı. Trampın Amerikası... ona inanmaq təhlükəli burulğana atılmaq anlamına gəlməkdədir...



İmza:

Pərvin Kərimzadə Gəncədə müvəqqəti məskunlaşan xankəndililərlə görüşüb

Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrılıb

Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayrılıb

Suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb

Əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə vəsait ayrıldı

650 min ağacın əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb

“Maşınım xarab olduğu üçün görüşə helikopterlə getdim” - Komitə sədri

Naxçıvanda nağdsız ödənişlərin həcmi 36 milyonu ötüb

Azərbaycanda KİV-lərin sayı 5300-ə çatıb

MİRZƏ CƏLİLLƏ BAĞLI BİR QALMAQALI DA BİZ YARADAQ

ATA ABDULLAYEVƏ ÇOX QİYMƏT VERİRİK EY…

«VERTOLYOT DUMANA DÜŞÜB, DAĞA DƏYİB»

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK