hacklink Adalet.az | Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb Adalet.az | Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Metropolitendə telefon oğurlayan Masallı sakini saxlanılıb

13516    |   2019-10-18 10:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş Masallı rayon sakini Namiq Musayev tutulub. Araşdırmalarla onun cari ilin oktyabr ayının 10 və 11 tarixlərində iki qadın sərnişinin cibgirlik yolu ilə "Samsung” markalı mobil telefonunu oğurladığı məlum olub.

Hər iki zərərçəkən əvvəlcə polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat versələr də, polislər tərəfindən araşdırma aparılan zaman həmin əşyaların N.Musayev tərəfindən oğurlandığı müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxs mobil telefonları ələ keçirəndən sonra satıb. N.Musayev ifadəsində platformalarda insanların sıx olduğu vaxtlarda sərnişinlərin vaqonlara daxil olduğu zaman cibgirlik etdiyini etiraf edib.

Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. Namiq Musayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, həmçinin Metropolitendə Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.




İmza:

Azərbaycana silah-sursat keçirən Gürcüstan vətəndaşı saxlanılıb

Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü saxlanılıb

Qonşusunu qətlə yetirən Masallı sakini saxlanılıb

DİN və Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yayıb

Gəncədə valyuta mübadiləsilə məşğul olan kişini NİYƏ öldürüblər? - TƏFƏRRÜATLAR

Xose Bernandonu bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB

Bakıda avtomobil oğrusu saxlanılıb

Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” marafon keçirilib

Bakıda keçmiş məhkum heroin və saxta əsginasla tutulub

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

Bakıda ticarət mərkəzindən qızıl oğurlandı - FOTO

BŞBPİ: Azyaşlının qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil

SON XƏBƏRLƏR
2019-11-13


VİDEO