ANA SƏHİFƏ / GÜNDƏM

Vahid Əhmədov: “Vəzifəsinin öhdəsindən gələ bilməyən məmurlar kənarlaşdırılacaq”

7645    |   2019-10-17 17:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında baş turan iqtisadi müşavirə və orada səslənən fikirlər mətbuatda geniş müzakirə olunur. Bir çox ekspertlər bu bəyənatların ardından həm kadr və struktur islahatlarının, həm də bəzi sahələrdə iqtisadi islahatların gələcəyini proqnozlaşdırırlar.

Həmçinin dövlət başçısının keçirdiyi islahatların önündə duranlara, əngəl törədənlərə edilən xəbərdarlıq müsbət qiymətləndirilir.

Bəs, hansı islahatlar gözlənilir, hökumətin gündəmində olan problemlər nələrdir?

Bu suallar ətrafında  danışan Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, o müşavirədə bir çox ciddi məsələlərə toxunuldu:"İslahat məsələsi ağır bir mövzudur, bir çox insanlar bunu qəbul edə bilmir və müqavimət göstərirlər. Son illərdə cənab Prezident vergi və gömrük sistemində, sosial müdafiədə, kənd təsərrüfatında, miqrasiyada və sair sahələrdə gənc kadrları vəzifəyə gətirəndə onlara qarşı məbuatda yazılar getməyə başladı. Müəyyən insanlar onlara əks mövqe tutmağa başladılar. Ancaq nazirlər işlədikləri müddətdə öz bacarıqlarını göstərə bildilər. Doğrudur, problemlər yenə də var, ancaq yeni nazirlər işlədikləri müddətdə daha çox şəffaflığa önəm verdilər, korrupsiya və rüşvətdən uzaq oldular. Bizim əvvəlki 10 ildə ən çox şikayət aldığımız sahələr vergi və gömrük sistemi idi. Bu sahələrdən həmişə iş adamları şikayətlər edirdilər. Rüşvətxorluq və korrupsiya yüksək səviyyədə idi, insanları incirdirdilər. Ancaq aldığım son məlumatlara görə, o sistemlərdə artıq korrupsiya halları yoxdur. Cənab Prezident də qeyd etdi ki, bunun nəticəsi olaraq 2018-ci ildə vergi sistemində 1,2 milyard manata yaxın əlavə vəsait yığıldı. Bu ilin 9 ayında 700 milyon manat vəsait yığıldı. Cənab Prezident beynəlxalq iqtisadiyyatı və siyasəti gözəl bilir, lazım gələndə bu məsələləri qaldırıb, özü həll edir”.

Deputat hesab edir ki, verilən mesajlar çox ciddidir:"Prezident qeyd etdi ki, sahibkarlar vergi ödəməsə, biz sosial öhdəlikləri yerinə yetirə bilmərik. Ona görə də vergi ödəməyən sahibkarlar cinayət məsuliyyətinə cəlb edilməlidir. Çox ciddi göstərişlər verildi. Cənab prezident vurğuladı ki, öz işinin öhdəsindən gələ bilməyən rəhbərlər vəzifədən kənarlaşdırılacaq, gənc və təzə kadrlar vəzifəyə gətiriləcək”.

Daha ətraflı təqdim etdiyimiz videomüsahibədən izləyə bilərsiniz.

(musavat)



İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb

Naxçıvanda operativ vergi nəzarəti gücləndirilir

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

BƏS, QALAN 90 FAİZİ?!

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

GƏNCƏNİN 100 YAŞLI QƏZETİ

Rəşad Mahmudov: ƏMANƏTİNİZ ƏMANƏTİMİZDİR, doğma səhiyyə işciləri!!!

ALİMPAŞA MƏMMƏDOV ƏSHABƏLƏRİ İLƏ YAS YERİNDƏ EHSAN YEYİBMİ?

AZAL-dan sərnişinlərə xəbərdarlıq: Provokasiyalara uymayın!

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı - VİDEO

BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK