ANA SƏHİFƏ / SİYASƏT

Prezidentdən xəbərdarlıq: “Zəhmət çəkib normal işləsinlər”

11223    |   2019-10-17 09:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Gələn ilin büdcəsi ilə əlaqədar tapşırıqlar verildi. Hökumət üzvləri artıq neçə vaxtdır ki, işləyirlər. Deməliyəm ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Biz gələn il də ciddi sosial proqramlar icra edəcəyik, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq, infrastruktur layihələrinin icrası ilə əlaqədar kifayət qədər vəsaitimiz olmalıdır. Ancaq gələn ilin xərclərinə biz çox böyük diqqətlə baxmalıyıq və burada şəffaflığı tam təmin etmək üçün hökumət gərək təkliflər versin”.

Bunu Prezident İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə deyib. Dövlət başçısı qeyd edib ki, tezliklə, ilin sonuna qədər bu təkliflərə baxılacaq:

"Beləliklə, əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır. Ona görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər. O rəqəmləri verənlər gərək məsuliyyət daşısınlar. Əgər bu dəfə bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə də şişirdilmiş rəqəmlər versələr, artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların bütün təkliflərinə baxacaq. Amma onlar əgər şişirdilmiş rəqəmləri versələr, öz cəzalarını alacaqlar. Ona görə zəhmət çəkib normal işləsinlər və pis vərdişlərdən əl çəksinlər. Beləliklə, biz büdcəyə böyük qənaət edərik, maaşların, pensiyaların artırılmasına imkan yaradarıq və şəffaflığı təmin edə bilərik. Ona görə qarşıdakı həftələr ərzində gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar çox fəal iş aparılmalıdır. Bugünkü müşavirə, o cümlədən bu məsələyə həsr olunub”.




İmza:

Prezident İlham Əliyev BMT-nin Baş katibinə telefonla zəng edib

Milli Məclisdə təmsil olunan siyasi partiya sədrləri ilə videokonfrans keçirilib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

DGK ilə BMT-nin İnkişaf Proqramı arasındakı əməkdaşlıq müzakirə edilib

Nazirlik Qarabağ müharibəsi əlilinin mənzil təminatı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi

Komitə sədri “Fairmont”da dincələnlərdən DANIŞDI: “Qudurğanlıqdır”

Rusiya ilə Ermənistan arasında yeni qalmaqal: Moskva Yerevandan izahat tələb etdi

BMT Baş Assambleyasının 31-ci xüsusi iclasının ilkin gündəliyi dərc olunub

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev

Hikmət Hacıyev: Azərbaycan qlobal səviyyədə də koronavirus epidemiyasına qarşı ardıcıl səylərini davam etdirir

“Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb

"Biz onlara Konstitusiya verdik, onlar bizə qandal"

Azərbaycan-Meksika parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Nazir: “Sosial rifaha dəstək tədbirləri 4,8 milyon insanı əhatə edib”

BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevə növbəti dəfə baş çəkib

Vüsal Hüseynov könüllülərlə videokonfrans formatında görüş keçirdi

Aqil Abbas: “Həmsədrlərin işi yeyib-içməkdən ibarətdir”

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK