hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: VƏSİQƏ GƏZDİRƏN HƏR CIZMA-QARAÇI JURNALİSTDİRMİ? Adalet.az | Faiq QİSMƏTOĞLU: VƏSİQƏ GƏZDİRƏN HƏR CIZMA-QARAÇI JURNALİSTDİRMİ? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: VƏSİQƏ GƏZDİRƏN HƏR CIZMA-QARAÇI JURNALİSTDİRMİ?

6165    |   2019-10-16 14:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bu bizim, daha doğrusu, mətbuatımızın, jurnalistikamızın ən sağalmaz yarasıdı. Çünki son 10-15 ildə adını və soyadını, hətta tərcümeyi-halını yaza bilməyən traktorist, mühəndis, rəngsaz, aqronom və s. və ilaxır peşə sahibləri ac qurd kimi gəlib doluşdular mətbuata...

... Bir yerdə, bir qəzetdə bir məqaləsi, bir yazısı çıxmayan adam qəzet açdı, baş redaktor oldu. Və cibinə də baş redaktor vəsiqəsini qoyub yekə-yekə gəzməyə başladı. Onlar jurnalistika ilə yox, dələduzluq və afiristlik yolu ilə müxtəlif vəzifəli şəxsləri şantaj edərək pul da qazandılar, ev-eşik də aldılar və hətta özlərinə xarici markalı maşınlar da almağı bacardılar.

Yəni bu adamlar mətbuatdan, qəzetdən, jurnalistikadan başları çıxmasa da, Şamxal Şəbiyevin sözüylə demiş olsaq, qara-qura işləri daha yaxşı bacarıblar və qara-qura əməllərlə də çox vəzifə sahiblərini qorxudub istəklərinə nail olublar. Ən qəribəsi də odur ki, bu adamlar özlərinə rahat və komfortlu həyat tərzi də qurmağı bacarıblar. Çünki vəzifə sahiblərinin bəziləri öz hüquqlarını bilməyən savadsız və bir az da kəskin desək, kiminsə hədə-qorxusundan çəkinən adamlardı. Onların bir çoxu bataqlıq içərisində olduğuna görə, elə bu cür dələduzların da dediklərinə can-başla əməl ediblər və deyirlər ki, siz Allah, bizim barədə yazdıqlarınızı icar hakimiyyətinə, polisə, prokurorluğa göndərməyin. Çünki həmin dələduzlar o vəzifə sahiblərini çox vaxt bu ünvanlara məktub göndərməklə hədələyiblər. Onların da suçlu işləri olduğuna görə, bu göndərilən məktublardan sözün açığı, çəkiniblər.

Azərbaycan mətbuatının yaradıcıları böyük Həsən bəy Zərdabi və Mirzə Cəlil "Əkinçi”ni və "Molla Nəsrəddin”i yaradanda düşünüblər ki, milləti maarifləndirsinlər, onları qaranlıqdan, zülmətdən işığa çıxarsınlar. Amma son 10-15 ildə qəzet açan əksər cızma-qaraçılar isə vəzifə sahiblərini qorxudaraq, şantaj edərək pul qazanmağa və var-dövlət əldə etməyə çalışıblar. Bu gün nə az, nə çox, 20-30 min nəfərdə vəsiqə var. Və bu vəsiqəni də cibinə qoyan savadsiz, cahil, nadan adamlar ölkədə meydan sulayır, müxtəlif adamlara "torba” tikir və onlardan istədiklərini almayana qədər əl çəkmirlər. Hətta adları Mətbuat Şurasının "qara siyahısında” olan qəzetlər manevr edədək sayt formasında çıxırlar. Bu isə o deməkdir ki, nə Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı”, nə məhkəmə qərarları qara-qura işlərlə məşğul olan cızma-qaraçıları hələ də dayandıra bilməyib. Yəni el dilində demiş olsaq, "dəyirman bildiyini eləyir, çax-çax baş ağrıdar”.

Görəsən, cibinə vəsiqə qoyan hər adam jurnalistdirmi? Bunu mən çox tanınmış və imzası məşhur olan jurnalist dostlarıma da ünvanlayıram. Çünki bu mövzuyla bağlı çoxlu sayda mətbuatda yazılar gedib və bizim qəzetin istedadlı yazarı Məzahir Əhmədzadə də dəfələrlə həmin mövzuyla bağlı gözəl yazılar qələmə alıb. Təəssüf ki, nə cəmiyyət, nə də dövlət qurumları bu cür cızma-qaraçıların qarşısını almaqda elə bir ciddi ata bilməyib. Və onlar da belə bir münbit şəraitdən istifadə eləyərək at oynadıblar.

Azərbaycan mətbuatında heç vaxt jurnalist ştatı olmayıb və yoxdur. Mətbuatda bu vəzifələr olub: oxucu, korrektor, müxbir, bölgə müxbiri, baş müxbir, şöbə müdiri, redaktor, redaktor müavinləri və baş redaktor. Bəs onda sinəsinə döyən cızma-qaraçılar hardan çıxıb və peyda olublar? Bunlar isə cəmiyyət və dövlət qurumları yerində oturda bilmir ki, bilmir.

Azərbaycan jurnalistikasında mən jurnalist Mirzə Cəlili, Üzeyir Hacıbəyovu, Şirməmməd Hüseynovu, Nəsir İmamquliyevi, Famil Mehdini, Nurəddin Babayevi, Nəriman Zeynalovu, Cahangir Məmmədlini... və başqa adlarını çəkmədiyim böyük yazarları tanıyıram.

Tay İmişlidən çıxan rəngsaza mən nə təhər jurnalist deyim? Bir dəfə istedadlı yazıçı-jurnalistlər Rafiq Hacıyev və pedaqoji elmlər namizədi Allahverdi Eminovla birinci mərtəbənin çayxanasında söhbət edirdik. 50 ildən çox mətbuatda çalışan çox istedadlı yazar Allahverdi müəllim dedi ki, mən özümü jurnalist saymıram. Hansı ki, biz onu çox böyük jurnalist kimi tanımışıq və müxtəlif janrlı yazılarını oxumuşuq. Amma İmişlidən çıxan və baş redaktor olan rəngsaz deyir ki, mən jurnalistəm. Və bir dəfə də oğlu ilə birgə gedib çıxır Füzulinin Horadiz şəhərinə. Dava-dalaşla rayonun sabiq prokuroru Sabir Abdinovun qəbuluna düşürlər. Polis onları içəri buraxmır və səs-küyə Sabir müəllim çıxır və soruşur ki, kimsiniz? Deyirlər ki, filan qəzetin baş redaktoru və redaktor müavini. Sabir müəllim onları kabinetinə dəvət edir və deyir sizi dinləyirəm. Baş redaktor dillənir ki, sizin fəaliyyətinizi yoxlamağa gəlmişik. Sabir Abdinov bu cavabdan əsəbləşir və deyir ki, mənim fəaliyyətimi baş prokurorluq yoxlaya bilər. Bəlkə siz müsahibə almağa gəlmisiniz? Hər iki şəxs bildirir ki, hə. Sabir müəllim də sualları gözləyir. Gözləyir, gözləyir, görür ki, onlar çox savadsızdı, axırda deyir ki, mən sizə bir sual verirəm. Yazın ki, mən Füzuliyə ezamiyyətə gəlmişəm. Hər iki şəxs bu cümləni yazana qədər qan-tərə batıb və nə qədər də orfoqrafik səhv buraxıb. Bu səhnəni görəndən sonra sabiq prokuror onlara deyib ki, jurnalist sənətin ləkə gətirməyin. Rəngsaz hara, qəzet hara? Və həmin adamlar da suyu süzülmüş halda ordan çıxıb gediblər. Sonra onları hansısa rayonda hüquq-mühafizə orqanları saxlamışdılar. Ata-bala hərəkətlərindən peşman olduqlarını bildirirdilər.

... Qapı-qapı gəzən bu cızma-qaraçılar birinə deyir "benzin pulu ver”, birinə deyir "toya gedirəm”, birinə də deyir "bu gün ad günümdü”. İndi onları da qəbul edən adam qalır çıxılmaz vəziyyətdə. Dediklərini eləyənlər də var, onları qapıdan qovanlar da. İndi siz deyin, bu qapı-qapı gəzənlərə, vəzifə sahiblırini bezdirənlərə jurnalist demək olarmı?

Hər hansı bir obyektə getmək olar. "Kommunist” qəzetinin tanınmış müxbirlərindən biri deyir ki, mən Sovet dövründə hər hansı bir yerə gedəndə ora ilə bağlı mənim əlimdə o qədər fakt olurdu ki, vəzifə sahibləri bunları biləndə ayaqları əsirdi. Bəli, həqiqi jurnalist, istedadlı yazar istənilən mövzunu qələmə alarkən onun əlində təkzibedilməz faktlar olmalıdır. O faktlarla yazılan, qələmə alınan yazılar mətbuatda dərc olunandan sonra həmin yazardan şikayət edən vəzifə sahibi də ona heç bir şey edə bilmir. Hətta məsələ gəlib məhkəmə müstəvisinə düşəndə belə əla-həzrət fakt öz sözünü deyir və jurnalisti çətin vəziyyətə düşməyə qoymur.

İndiki cızma-qaraçılar isə ya birinə deyir üç yerdə evin var, ya deyir iki maşın sürürsən, ya da deyir katibənlə gəzirsən. Bu üç məsələdən hansı birini tutsa, yapışır həmin adamın zəli kimi boğazından, əl çəkmək bilmir ki, bilmir. Tez-tez də gözə soxur ki, mən qəzet redaktoruyam!

Təbii ki, mənim qələmə aldığım bu mövzu birmənalı qarşılanmayacaq. Çünki bu gün Azərbaycan mətbuatında peşəkar jurnalistlərdən, istedadlı yazarlardan qat-qat çox çızma-qaraçılardı. O cızma-qaraçılar ki, "O olmasın, bu olsun” filmində Rza bəy kimi o vəzifəli şəxsin yanına qaçır, bu vəzifəli şəxsin yanına qaçır. Deyir ki, beş manat ver, sənin tərifini göylərə qaldırım. Beş manat vermirsənsə, onda bir yazı yazacam dədənin toyu yadına düşəcək.

Bu cızma-qaraçıların çoxalmasının bir günahı da abrına, həyasına, ismətinı qısılmış və 40-50 il Azərbaycan mətbuatında saç ağartmış, can qoymuş jurnalistlərin biganə münasibətidir. Və onların at oynatmasına, meydan sulamasına elə bizim kimi peşəkarlar da göz yumur. Nəticədə isə sarmaşıq kimi onlar ölkəni başına götürüb. Bax, indi bu sarmaşığı və qara tikanları necə təmizləmək olar?! Elə ən çətin məsələ də budu...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-11-12


VİDEO