ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

UNEC tələbələri elmi tədqiqat məqalələrinə görə mükafatlandırılıblar

15248    |   2019-10-14 17:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin "Dünya iqtisadiyyatı” ixtisasının IV kurs tələbələri olan Nigar Bəkirova, Mehin Əmiraslanova və Nərmin Eynizadənin həmmüəllifləri olduqları "Determinants of housing prices in Baku: empirical analyses” (Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz) adlı məqalə "Scopus” bazasına daxil olan Q2 kateqoriyalı "International Journal of Housing Markets and Analysis” jurnalında dərc olunub.

Universitetdən verilən məlumata görə, nəşr olunan tədqiqat işi UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru, "Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi Xətai Alıyevin rəhbərliyi və həmmüəllifliyi ilə yerinə yetirilib.

UNEC-in magistr və tələbələrin elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədilə təsdiqlənən "Nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşlarının mükafatlandırılması haqqında Qaydalar”a uyğun olaraq, hər üç tələbə 375 manat məbləğində mükafatı pul qazanıb.

Qeyd edək ki, UNEC-in Elmi Şurasının qərarı ilə təsdiq edilən "Nüfuzlu elmi nəşrlərdə əsərləri çap edilən UNEC əməkdaşlarının mükafatlandırılması haqqında Qaydalar”ına və həmin Qaydaların UNEC-in bakalavr, magistr və doktorantlarına da aid edilməsi barədə Elmi Şuranın qərarına əsasən, impact dərəcəsindən asılı olaraq nüfuzlu jurnallarda çap olunan hər bir məqaləyə görə UNEC-in bakalavr və magistrləri 4000 manatadək mükafat əldə edə bilirlər.




İmza:

Bu gün keçirilən qəbul imtahanlarından 2 nəfər xaric olunub

"Rəqəmsal bacarıqlar" layihəsi üzrə tədris ilinin yekununa dair tədbir

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb

4 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu qazanıb

1700-dən artıq müəllimin iştirakı ilə onlayn forum

Onlayn müsahibələrin keçirilmə tarixi

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

SABAH təcrübəsi əsasında xüsusi istedadlı qruplar yaradılacaq

UNEC-ə qəbul olan abituriyentlər 4 ilə iki diplom əldə edə biləcəklər

Rus bölməsi uşaqların I sinifə qəbulu üçün məktəb seçiminə başlanılıb

Buraxılış imtahanlarının nəticələri açıqlandı

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK