ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-nun rektoru Fransa səfiri ilə görüşüb

16010    |   2019-10-14 17:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oktyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə görüşüb.

Təhsil ocağının rəhbəri diplomatı universitetdə görməkdən məmnun olduğunu bildirib və Azərbaycandakı fəaliyyətində ona uğurlar arzulayıb. Rektor Fransa-Azərbaycan arasındakı münasibətlərin bundan sonra da daim yaxşı məcrada inkişaf edəcəyinə ümidvar olduğunu deyib. 70 ildir fəaliyyət göstərən universitetin əsas məqsədinin fransız, ingilis və alman dili tədris edən müəllimlər hazırlanılması olduğunu deyən akademik, sonrakı illərdə siyahıya son dərəcə vacib olan dillərin də əlavə olunduğunu diqqətə çatdırıb. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə fransız dilinin əsas dillərdən biri olduğunu söyləyib. 4 fakültənin, 3 kafedranın fransız dilinin tədrisi ilə məşğul olduğunu deyən rektor hazırda fransız dili üzrə 430 tələbənin təhsil aldığını, 50 müəllimin tədrisi həyata keçirdiyini qeyd edib.

Kamal Abdulla rəhbərlik etdiyi universitetlə Fransanın qabaqcıl təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Universitet rəhbəri həyata keçirilən "Səfir saatı” klubunun fəaliyyəti ilə diplomatı tanış edib və onu həmin klubda tələbələrlə görüşüb müzakirələr aparmağa dəvət edib.

Səfir cənab Zakari Qros səmimi qəbula görə minnətdarlığını bildirib. O, ölkədəki fəaliyyətinin ilk günlərində səfirlik əməkdaşları ilə tanışlığı zamanı onların əksəriyyətinin məhz ADU-nun məzunu olduğunu müşahidə etdiyini bildirib. Bu səbəbdən birinci səfərini ADU-dan başlayan səfir universitetin strukturu və səmərəli xidmətləri ilə tanış olduğunu qeyd edib. İki ölkə arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Z.Qros Azərbaycan Respublikası Təhsil Nazirliyinin gənclərə böyük sərmayə qoyduğunun şahidi olduğunu dilə gətirib. Səfir Azərbaycan və Fransa, həmçinin universitetlər arasındakı əlaqələrin möhkəmlənməsi üçün çoxsaylı işlərin görüləcəyinə əminliyini ifadə edib.

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.




İmza:

Peşə dərslərinin iyunun 1-nə olan cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Ən çox və ən az vakant müəllim yerləri bu ərazilərdədir

Məktəblərdə daha çox hansı fənlər üzrə vakant müəllim yerlərinin olduğu açıqlanıb

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edib

UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib

Peşə dərslərinin mayın 29-na olan cədvəli açıqlanıb

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

ADU-nun tələbələri beynəlxalq müsabiqənin qalibi olub

"Dərs vaxtı" verilişinin sabahkı cədvəli müəyyənləşdirilib

Məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə videokonfrans keçirilib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlumdur

SON XƏBƏRLƏR
2020-05-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK