ANA SƏHİFƏ / GÜNDƏM

Aqil ABBAS: BİZ GÜN İŞIĞIYIQ, BİZİ BASDIRMAQ OLMAZ!

12784    |   2019-10-14 09:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər hansı bir ölkə terrorizmə qarşı mübarizə aparırsa Türkiyə həmin dövlətin yanında olur, özü də ön cərgəsində. Yəni öz müttəfiqlərini tək buraxmır. Buna onlarla misal çəkmək olar. Ümumiyyətlə, türk millətinin qanındadı dostun arxasında durmaq. Daha dəqiq desək, əgər savaş varsa dostun arxasında yox, önündə savaşıb düşmənlə.

Amma çox təəssüf ki, zaman-zaman Türkiyənin dost saydıqları nəinki onun arxasından qaçıblar, hətta kürəyinə xəncər saplayıblar.

Bu gün Türkiyə ən çox terrorizmə məruz qalan bir ölkədi. Və həmişə də terrorizmə qarşı tək mübarizə aparıb. İndi ABŞ başda olmaqla Avropa dövlətlərinin yaratdığı və maliyyələşdirdiyi, adını istəyirsən YPG qoy, PYD qoy, PKK qoy, nə qoyursan qoy, terror təşkilatları Türkiyə və türklərin qanını içmək üçün hər şeydən keçməyə hazırdılar.

Təkcə bir faktı qeyd edim ki, qeyri-rəsmi məlumata görə, PYD və YPG-nin 80 minlik ordusu var, hansı ki ABŞ və Avropa ölkələri həmin ordunun əsgərlərinə təlim keçiblər, yüksək səviyyədə döyüşçü hazırlayıblar. İndi ikinci bir rəqəmə diqqət edin, indiyədək həmin təşkilatlara ABŞ 72 min tir silah və sursat göndərib və göndərməkdə davam edir.

Sayın Ərdoğan dəfələrlə ABŞ başda olmaqla, Avropa ölkələrinə xəbərdarlıq edib ki, bu əməllərinizdən əl çəkin, yoxsa kendi göbəyimizi kendimiz kəsməyi bacarırıq.

Necə ki «Fırat kalkanı» hərəkatında Türk ordusu Suriyanın bir bölgəsindən terrorçuları süpürüb atdı.



Və sayın Ərdoğan bu dəfə də sözünü tutdu. Heç bir ölkədən nə isə gözləmədən «Barış pınarı» hərəkatına başladı və Şanlı türk ordusu, gözümüzün işıqları mehmetciklər terrorizmin kökünü kəsmək üçün Suriyaya girdi.

Və… Və Türkiyənin müttəfiqləri yenə onu tək qoydular. Türkiyə NATO-nun üzvüdür və NATO-nun birbaşa yazılmış qanunlarına görə, Türkiyənin yanında olmağa borcludur. Amma əksinə, baxırıq, hamısı Türkiyəni qınayır və əməliyyatı durdurmağa çağırır.

Napoleon deyir ki, bir türk beş fransız əsgərinə bərabərdi. Atatürk də deyir ki, bir türk bütün dünyaya bədəldi. İndi Türkiyəyə dayaq olduz-olmadız qardaş ölkə terrorizmin kökünü təmiz qaşıyacaq. Yaxın Şərqə əmin-amanlığı, sülhü və hüzuru necə ki vaxtilə Osmanlı gətirmişdi, indi də Türkiyə gətirəcək. Və mən buna Günəşə inandığım qədər inanıram.

Atatürk deyirdi ki, Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdi. Türkiyənin də sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdi.

Bilmirəm, türklər bilir, ya yox, Qarabağda hər bir əsgərimiz şəhid olanda ona necə yanırıqsa, ona necə ağrıyırıqsa, bir mehmetcik də şəhid olanda o qədər yanırıq, o qədər ağrıyırıq.

Tanrı mehmetciklərimizi qorusun! Tanrı əsgərlərimizi qorusun!

Şair Vaqif Bayatlı deyir:

Türk min illərin

gün işığıdır!

Nə qədər basdırsan,

yenə torpağın üstündə qalar!

Biz gün işığıyıq, bizi basdırmaq olmaz.

Sayın Ərdoğana və mehmetciklərə sayğılarla.




İmza:

Mülki aviasiya işçiləri təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev mülki aviasiya işçilərinə fəxri adlar verdi

DİN metroda polis əməkdaşları ilə bir neçə vətəndaşın mübahisəsinə aydınlıq gətirdi

Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM

Dini qurumlara maliyyə yardımı ayrıldı - SƏRƏNCAM

Deputat məmurları örüş yerlərini zəbt etməkdə ittiham etdi

İşəgötürənlər üçün yeni tələblər təsdiq edildi: Qaydaları pozanlar cərimələnəcək

Milli Qurtuluş Günü ilə bağlı yazı müsabiqəsi keçiriləcək

Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq

“AzerGold” və “Regional İnkişaf” İctimai Birliyi “Kitab sovqatı” aksiyası keçirib

BŞBPİ: Qanunsuz aksiya keçirməyə cəhd edən 7 nəfər saxlanıldı

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edildi - FƏRMAN

SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK