ANA SƏHİFƏ / GÜNDƏM

Prezident İsveçrənin Kantonlar Şurasının sədrini qəbul edib - Yenilənib

8472    |   2019-10-09 15:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev deyib:
-Xoş gəlmisiniz. Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfəriniz İsveçrə-Azərbaycan əlaqələrinin gələcək inkişafı üçün önəmli addım olacaqdır.

Bildiyiniz kimi, bizim əlaqələrimiz uğurla inkişaf edir, bir çox sahələri əhatə edir. İlk növbədə, siyasi əlaqələr haqqında demək istərdim. Son 10 il ərzində hər il İsveçrə və Azərbaycan prezidentləri görüşür və ikitərəfli əməkdaşlıq haqqında fikir mübadiləsi aparırlar. Davos Dünya İqtisadi Forumunun burada, əlbəttə ki, xüsusi rolu vardır. Çünki Forum çərçivəsində bu görüşlər baş verir və bu il də istisna olmamışdır. Bu ilin yanvar ayında İsveçrə Prezidenti ilə görüşümü xatırlayıram. İkitərəfli əlaqələrimizin müxtəlif aspektləri geniş müzakirə edilmişdir və əlaqələrimizə yeni təkan verilmişdir. Eyni zamanda, deməliyəm ki, dövlət səfərləri də təşkil edilmişdir. Mən İsveçrədə dövlət səfərində olmuşam və İsveçrə prezidentləri Azərbaycanda dövlət səfərlərində olmuşlar.

Şadam ki, əlaqələrimiz təkcə siyasi dialoqla məhdudlaşmır, iqtisadi sahədə və sərmayə qoyuluşu sahəsində də yaxşı nəticələr vardır. İsveçrə şirkəti "Holcim" Azərbaycana yüz milyonlarla ölçülən sərmayə qoymuşdur. Həmçinin Azərbaycan şirkətləri də ölkənizə sərmayə qoyurlar və bu proses qarşılıqlı xarakter daşıyır.

Beynəlxalq maliyyə qurumları çərçivəsində də əməkdaşlığımızın xüsusi mənası vardır.

Əlbəttə, münasibətlərimizin ümumi kontekstində parlamentlərarası əlaqələr də önəmli yer tutur və əminəm ki, bu əlaqələrin inkişafı ilə əlaqədar sizin səfəriniz çərçivəsində növbəti addımlar atılacaqdır.

Bir daha sizi salamlayıram və "Xoş gəlmisiniz!" deyirəm.

***

İsveçrə Kantonlar Şurasının sədri Jan-Rene Furniye deyib:

-Çox sağ olun, cənab Prezident. Əvvəla, biz Sizin ölkənizə minnətdarıq ki, bizi və nümayəndə heyətimizi səmimiyyətlə qəbul edir. Əlbəttə ki, bu gün səhər-səhər Sizin tərəfinizdən qəbul olunmaqdan böyük şərəf hissi duyuruq. Həmçinin hesab edirik ki, bu, aramızda olan əməkdaşlığı dərinləşdirmək üçün yaxşı bir fürsətdir.

Əlbəttə ki, mənim səfərimin məqsədinin digər bir hissəsi bizim Azərbaycan parlamenti ilə olan əlaqələrimizin daha da təkmilləşdirilməsi və gücləndirilməsindən ibarətdir.

Əslində hesab edirik ki, bu, həmçinin iki xalq arasında da böyük bir yaxınlaşmanın əlamətidir. Çünki bilirik ki, hazırda Azərbaycan öz Dövlət Neft Şirkəti vasitəsilə biz isveçrəlilərin gündəlik həyatında daha yaxından iştirak etməyə başlayıb.

***

Prezidentİlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq soydaşımızın qaçqın və köçkün vəziyyətinə düşdüyünü, dövlətimizin qaçqın və köçkünlərin sosial problemlərinin həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirdiyini qeyd edib.

İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Jan-Rene Furniye Azərbaycana səfərindən məmnunluğunu və ölkəmizdə inkişaf etmiş infrastrukturun şahidi olduğunu bildirib.

Görüşdə Azərbaycanla İsveçrə arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən beynəlxalq təşkilatlar, beynəlxalq maliyyə təsisatları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub, dövlət idarəçiliyinin müxtəlif sahələri üzrə təcrübə mübadiləsi aparılmasının vacibliyi qeyd olunub.


İmza:

Əbülfət MƏDƏTOĞLU: AĞSAQQAL İŞIĞI

Pandemiya dövründə həkim soyğunçuluğu

BİZ BİRLİKDƏ GÜCLÜYÜK

Aqil Abbas: "Ramil Səfərovun xilası prezidentimizin fəaliyyətindən qırmızı xətlə keçir" - VİDEO

Daha 144 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Naxçıvanda hərbçilər arasında yarış keçirilib - VİDEO

İsa Həbibbəyli: Doktoranturaya qəbulun iyul-avqustda keçirilməsi nəzərdə tutulur

Musa Qasımlı: Hökumət hər binanın qapısına, avtobusa, metro vaqonuna polis qoya bilməz

DSX erməni yalanını ifşa etdi: “Sərhəd-döyüş mövqelərimizi irəli çəkmişik”

OPEC nazirlərinin hər iki görüşü bir gündə keçiriləcək

Bu gün deputatlar növbədənkənar iclasda 4 məsələni müzakirə edəcəklər

Bu muzey və sərgi zalları saat 14:00-dan fəaliyyətini dayandırır

SON XƏBƏRLƏR
2020-06-06
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK