ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

İranın "Bob Dilan"ı

38650    |   2019-10-09 14:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyanın böyük diqqətini cəlb edən, Azərbaycanda da azlıq təşkil etsə də, bir qrup insanlar tərəfindən dinlənilən, sevilən, İranın "Bob Dilanı” olaraq çağırılan Mohsen Namjoo haqqında uzun müddətdir yazmaq istəyirəm.

O, şair, musiqiçi və setar çalğıçısı Namjoo milli İran musiqisini modern instrumentlərlə birləşdirib fərqli sintezlər çıxarır. Mahnılarını Mövlanənin, Firidun Attarın, Baba Tahir Üryanın, Sədi Şirazinin şeirlərinə bəstələyir.

Milli adət-ənənələrə sadiq bir ailədə böyüyən Namjoonun 2000-ci illərin əvvələrində üzə çıxardığı mahnıları çox bəyənildi və Tehran konsertlər verməyə başladı. Yeraltı musiqiçilərə dəstək verən bir jurnal tərəfindən mükafatlandırılıdı. 2009-cu ilin iyul ayında "Şəms” adlı mahnısında Quran ayələrindən istifadə edib. İran qanunlarında Quran ayələrinin musiqi müşayiətilə oxunması qadağan olunduğuna görə, "Quranı qaralama” maddəsi ilə günahlandırılaraq 5 illik azadlıqdan məhrum edilib.

Namjo oxuduğu Ulduz Texniki Universitetində memarlıq ixtisasını yarımçıq qoyub Berklee musiqi kollecinə gedir və oranı bitirir. Klassik İran musiqisini öyrənəndən sonra öz musiqisini yaratmağa başlayır. Rok və caz musiqisini modern üsullarla birləşdirən tərzi ilə İranda böyük maraq cəlb edir. Amma onun bu tərzi müəyyən qrup insanlar tərəfindən yaxşı qarşılanmır, o, bəzi embarqolarla üz-üzə qalır, amma sənətindən, üslubundan əlini üzmür. O, bu fərqliliyi ucbatından universitetdən qovulmuşdu.

İranda hələ də onun albomlarının satılması və ya dinlənməsi qadağadır. Bu, rəsmi olaraq cinayətdir. Sözsüz ki, bütün bunlar onun xaricdə yaşamağını da çətinləşdirib. Bir konsertindən onu dinləməyə gələn iranlı tamaşaçıya niyə ingiliscə danışdığını açıqlayarkən "farscanı unuduram” cavabını vermişdi.

Onun ən çox səs-küy yaradan əsəri şübhəsiz ki "Ey Sareban”dır. Farscadan "dünyaye-fani” deyimi, bizim musiqilərimizdə sıx-sıx rastlaşdığımız "fani dünya” sözü ilə eynidir.

Mən Mohsenin "Toranj” mahnısını çox sevirəm. Sözləri Mövlanənindir. "Nuh da sənsən, ruh da sən. Açılan da sənsən, açan da sən. Mənə sirlər qapısında yarılıb açılan könül də sənsən, nur da sən. Toy-düyün də sənsən, dövlət də sənsən, məni dimdiyi ilə yaralayan Tur dağındakı quş da sən.

Musiqinin və sənətçinin bəhrələndiyi şeyin savaş və ya siyasət deyil, öz iç dünyası olmalıdır deyən Namjo öz yazdığı mahnılarda isə bundan qabaq heç işlənməmiş bir dildən istifadə edir. Həmişə sınanılmamışları sınamaq istəyən və bütün sənətçilərin də bunu etməsinin vacib olduğunu deyən sənətçi 2016-cı ildə çıxardığı son albomundakı "Mojir” adlı mahnısında 9 yaşında olarkən vəfat edən babası ilə duet edib. Mahnının sonunda eşidilən səs onun xərçəng xəstəsi olan babasına aiddir. Qardaşı ilə birlikdə "Mücir” duasını oxuyarkən babasının səsini lentə yazıb. Bu səsyazmanı illər sonra mahnısında istifadə edərək babasının ruhunu şad etmək istədiyini deyib.

Mohsen yaşadığı bütün çətinlikləri belə ifadə edib:

- Banksy kimi bir sənətçi olmaq istəyərdim, gözəgörünməz olub öz musiqimi bəstəmək üçün…

Banksy - İngiltərədə anonim şəkildə küçə sənətçiliyi ilə məşğul olan, siyasi aktivist biridir. Onu əsasən küçə divarlarındakı graffiti rəsmləri iıə tanıyırlar. Anonimdir, üzünü heç kim görməyib.


İmza:Eminquey

Aqil Abbas: “Dolma bizimdirsə, festivalında niyə Braziliya çempion olur?” - VİDEO

“Muğam Televiziya Müsabiqəsi” laureatlarının konserti olub

Türkiyə televiziyası Azərbaycanın 28 May Respublika Gününü təntənə ilə qeyd edəcək - VIDEO

Bu, Fuad Poladovdur, onu ayaq üstə alqışlamaq lazımdır - Eminquey yazır

Romada Rafaelin ölümünün 500 illiyinə həsr olunmuş sərgi iyunda keçiriləcək

Əbülfəs Qarayev Mədəniyyət naziri vəzifəsindən azad edilib

"Mona Liza"nı 50 milyard avroya satmaq təklif olunub

Azərbaycanda Kino Şurası yaradıldı

Aşıq Əhmədin həyatı və sənət yolu

Yeni tələblərin şamil olunacağı turizm subyektlərinin sayı arta bilər

Xalq artisti ölüm xəbərini yazanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”

Azərbaycanda bu qoruqlara giriş ödənişsiz oldu

SON XƏBƏRLƏR
2020-06-02
2020-06-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK