ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bu il Azərbaycana 33 min pakistanlı turist səfər edib

6067    |   2019-10-09 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Turzim Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən 14 turizm şirkəti Pakistanın Karaçi şəhərində keçirilən "Pakistan Travel Mart” sərgisində iştirak edib.

Dövlət Turizm Agentliyindən verilən məlumata görə, sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensialı, turizm marşrutları, hotelləri, milli mətbəxi və.s barədə ətraflı məlumatlar verilib.

Onlara Azərbaycanın təhlükəsiz yer olması, viza qaydalarının asanlığı, hava şəraitinin əlverişliliyi, qida çeşidlərinin bolluğu, həmçinin xalqlar arasında yaxın dostluq əlaqələrinin mövcudluğu kimi səbəblərə görə Pakistan vətəndaşları üçün uyğun destinasiya sayıldığı bildirilib. Sərgi çərçivəsində Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib, ikitərəfli əməkdaşlığa dair qarşılıqlı fikir mübadələsi aparılıb.

Oktyabrın 10-dək davam edəcək "Pakistan Travel Mart” Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir.

2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən 450-dən çox turizm şirkəti qatılır və sərgini ümumilikdə 25000-dən çox şəxs ziyarət edir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 33 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 11.8% artım deməkdir.




İmza:

Həftəsonu icazəsiz küçəyə çıxanlar nə qədər cərimələnəcək? - VİDEO

Nazirlik 150 obyektdə pozuntular aşkarladı - FOTO

Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü

"Azərsu": Neftçala və 7 kəndin içməli su təminatı üçün texnika ayrılıb

Xəzərin suyu Kür çayına qarışdı - İçməli su təminatında problem yarandı

Vətəndaşlar zibil atmağa da gedə bilməzlər - DAXİLİ İŞLƏR NAZİRLİYİ

5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Həftəsonu çalışanlar işə necə gedib-gələcəklər? - VİDEO

Ölü at ətini Bakıdakı iaşə obyektlərinə satan şəxslər həbs edildi - VİDEO

FHN xəbərdarlıq etdi: Sərt karantin günlərində çimərliklərdən istifadə qadağandır

İlham Əliyev: ABAD kimi brend artıq fəaliyyətdədir

Bakı polisi paytaxtda maskadan istifadə etməyənlərlə bağlı reydlərə başladı

SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK