Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Yol Romanı - İradə TUNCAY yazır Adalet.az | Yol Romanı - İradə TUNCAY yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yol Romanı - İradə TUNCAY yazır

4504    |   2019-10-10 18:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sözə nə şəkildəsə aidiyyəti olan insanları xarakterizə edəndə müraciət etdiyin ilkin mənbə yenə söz olur. Yazdıqlarında özünü nə dərəcədə gizlədə bilir insan? Ya da yetərincə tanıda bilirmi? Məncə, nə qədər gizlətməyə çalışsan da arada nəsə sivişib əlindən qaçacaq və sən sonra hamıdan gizlətdiyin bu nəsnəni yerinə qoya bilməyəcəksən. Deyək ki, bir dostuna həsr olunmuş yazı yazırsan. Yaxından tanıdığını zənn etdiyin bir dostunun... Baxırsan klaviaturaya, baxırsan monitora... sözlər qaçıb. Nə deyəcəyini unudursan...

"Yol romanı” Vurğun Əyyuba həsr olunub və 2012-ci ildə kitab şəklində dərc olunub. Yenidən təqdim etmək istədik sizlərə...




(VIII hissə)


Ayılıram deyəsən... Daha doğrusu, səhərə yaxın yuxuya getdiyimdən, ayılmağa çalışıram. Otaqda kimsə yoxdu - hamı bir nəfər kimi səfərbər olub, maşını düzəltdirirlər. Aykut obaşdandan gəlib sayın millət vəkilini aparıb ustaya. Bax, indi fikirləşirəm - bu halda mən Aqil Abbasa nə deməliyəm? Sürücüm? Yarıtmayıb - maşını düz-əməlli kullana bilmir. İçimdə nigarançılıq da var, o biri gün nə boyda yol qət etməliyik. Maşın xarab olsa millət vəkili olmanın da nə xeyri. Yeni bir müraciət formasımı bulmalıyam? Hələ bir görək usta nə deyəcək, əyalət şəhərində bu maşına ehtiyat hissələri olacaq, ya yox? Əşi, nə olacaq-olacaq da... Dərd eləmə, Qumral gözlüm...

Yatağımda gözümü tavana zilləyib fikirlərimi cəmləmək istəyirəm. Yolu gedirəm, Roman da içimdə. Yaman ağırlıq edir. Nasılsa qurtulmaq lazım, amma necə, bilməm. Bitməz ki, indiyə qədər oxuduğum romanlar, içində olduğum Roman kimi ağrıtmamışdı məni. Öz romanım... Həyat romanım... Nə başlanğıcı, nə sonu... Məğlubiyyətlərim, zəfərlərim... Büdrəyib yıxılmaq, çırpınıb dikəlmək... Əhatə edən boşluğun içində rəngləri üzə çıxarmaq, bu rənglərə boyanmaq... Sonra, sonra yenə gözün dolu, ürəyin dolu gizlət o rəngləri, kimsə görməsin...

Kan, ter içinde uykularından

uyanıyorsan eger her gece

Yalnızlık sevgili gibi uzanıyorsa

boylu-boyuna, koynuna

Olur-olmaz yere ıslanıyorsa

kipriklerin artık her şeye

Anneni daha çok anımsıyorsan,

hatta anlıyorsan...

Kalbini bir mektup gibi buruşturub

fırlatırmış

Kendini kimsesiz ve erken

unudulmuş hiss ediyorsan

İçindeki Cocuğa sarıl,

Sana insanı anlatır...


HAŞİYƏ


Allahım, uşaqlığımın elə parlaq rəngləri var ki...

Beşinci mərtəbədəki balkonumuzda paltar sərdiyimiz neçə cərgə ip vardı. Bəzən anamın tikdirdiyi paltarlardan artıq qalmış parçaları bu iplərə dolayıb kuklalarıma nənni düzəltdiyim də olurdu.

Bir dəfə yenə oyuncaqlarımı qucağıma doldurub balkona çıxdım və paltar iplərinin zəbt olunduğunu gördüm. Al-əlvan kiçicik bir quşcuğaz qonmuşdu ipin üstünə, büzüşüb baxırdı və ... ətrafında bəlkə on-on beş sərçə cikkildəşirdi. O vaxt təbii ki, anlamadım, mənə xoş gələn bu qədər quşun balkona yığışması idi. Və həm də ürəyimdən keçdi ki, bunlardan birini tuta bilsəm nə yaxşı olardı. Mən əlimi uzadanda quşlar uçuşdular və maraqlı olan buydu ki, həmin o alabəzək quşcuğaz hara qonurdusa, sərçələr də yığışırdı başına. Elə bil iclas keçirirdilər. Görünür, boz sərçələrə də bu quşcuğazın rəngləri maraqlı gəlmişdi. Özlərindən olmayan, özlərinə oxşamayan birini diqqətə almışdılar. Alabəzək quş da hansısa qəfəsdən qaçmışdı yəqin, çox ekzotik görkəmi vardı, bizim şəhərin quşlarına oxşamırdı. Və bu yazıq öz quş beyniylə bəlkə fikirləşibmiş ki, qəfəsdən azadlığa çıxıb. Bir belə sərçənin içində nə azadlıq? Onlar pırıldaşıb uçub getdilər, mənimsə bir uşaq təəssüfüm qaldı ürəyimdə. Tuta bilmədim heç birini... Amma sonralar anladım ki, fəlsəfi bir olayla rastlaşmışammış. Bozluğun içində rənglər - yəqin didişdiriblər... O vaxtlar Bakıda sərçə yaman çox idi, indi az gözə dəyirlər. Qarğa boldu əvəzində, qapqara... Başqa quşların axırına çıxıblar. Qarğa?! Qarsda da qarğa çoxdu...

Bu maşının düzəlməyi nə çox çəkdi ya?! Harda qaldılar bunlar? Telefon da yoxdu ki, zəng edəm. Hə, bu da sayın millət vəkilinin görkəmli xasiyyətlərindən biridi - ölkədən kənarda nə yanımda telefon olur, nə cibimdə pul. Yəni hardasa bir küçədə ondan aralansam və azıb qalsam, geri qayıtmaya da bilərəm. Bax, səbəbi nədir, anlamadım getdi.

Hər nə isə... Bax, indi zəng edə bilsəydim - nə gözəl olardı... Yoxsa yenə yataqda uzanıb gözlərimi də tavana dikib düşüncələrimi davam edəcəm. Görən, Villiyə necə baxırlar? Evdə bir ondan nigaranam. Adamlar öz başlarının çarəsinə baxa bilirlər - amma dilsiz, ağızsız heyvancığaz... Nə qədər yekə və heybətli olsa da enində-sonunda mənsiz çox acizdi. Aciz...

Aramakla bulunmazmış,

ama bulanlar da

arayanlardan Çıxarmış ancaq...

Elif Şafakın "Aşk" romanının ilk səhifələrini oxuyanda it söhbətini də görəndə alt-üst olmuşdum. Düşüncələrimin məndən çox-çox uzaqda yaşayan başqa bir qadının beyninə olduğu kimi, birəbir yerləşməsi heyrətverici idi:

"Bahardı mevsimlerden. Mayıs ayının sonları. İlık mı ilık, yumşacıq bir günde başladı bu tühaf hikaye...

Kocası David tanınmış bir dişçiydi; mesleğinde hayli başarılı ve çok para kazanan bir adam. Aralarındakı bağ pek derin sayılmazdı. Ella bu durumun farkındaydı, ama doğrusu evliliklerde (bilhassa onlarınkı gibi uzun süren evliliklerde) önceliklerin farklı olduğuna inanırdı. Aşktan ve tutkudan daha önemli şeyler vardı bir evlilikte: karşılıklı hoşgörü, şefkat, anlayış, sayğı ve sabır gibi... Ve tabii bir de her evlilikte elzem olan bir başka nitelik: Affedicilik! Geliyorsa şayet elinizden, ki gelmeli, kusur etti mi kocanız, ki edebilir, ne yapıp edin, affedin!

Aşkmış meşkmiş, ne qam! Ne önemi var? Aşk dedikləri, Ellanın öncelikler sıralanmasında gerilerde bir yerdə kalmıştı çoktan. Ancak filmlerde olurdu aşk. Ya da hayal ürünü romanlarda. Bir tek oralarda esas kız ve esas oğlan ölesiye sevebilirdi birbirlerini, masallardan süzülmüş efsanevi bir tutkuyla. Ama hayat, hakiki hayat ne filmdi, ne de roman!

Ellanın öncelikle listesinin başında cocukları gelirdi. Güzelmi güzel kızları Jeannette universitedeydi. İkizleri (kız olan Orly, erkek olansa Avi) tam buluğ çağındaydı. Bir de on iki yaşında bir golden retriever köpekler vardı: "Gölge". Bu eve geldiyinde minnacık bir enikti henüz. O gün bugündür Ellanın şaşmaz yürüyüş arkadaşı, yoldaşıydı. Gerçi artık ihtiyarlamış, şişmanlamış, neredeyse kör ve sağır olmuş Gölgenin vadesi doluyordu. Ama köpeginin bir gün öleceğini düşünmeye Ellanın yüreği el vermiyordu. Ne de olsa Ella böyle biriydi, hiçbir zaman kabullenemezdi sonları; ister bir dönem, ister eskimiş bir adet, isterse çoktan tükenmiş bir ilişki olsun ölümü tanımaktan acizdi. Bir türlü yüzleşmezdi bitişlerle, görmezden geldiği o son burnunun ucunda dikilirken bile.

Rubinstein ailesi Amerikada, Northamptonda, krem rengi Viktoriya tarzı kocaman bir evde yaşardı. Her ne kadar tadilata, tamirata ihtiyacı olsa da, hala görkeçliydi yapı: Tam beş yatak odası, üç arabalık garajı, masif parkeleri ve Fransız usulü kapıları vardı; üstüne üstlük bahçesinde de harikulade bir jakuzisi. Ailecek tepeden tırnağa sigortalıydılar: Hayat sigortası, araba sigortası; hırsızlık, yanğın və sağlık sigortası, emeklilik hesapları, cocuklara universite eğitimi birikimleri ve müşterek banka hesapları... Oturdukları evin yanı sıra biri Bostonda, digeri Rhode İslandda iki lüks daireleri daha vardı. Tüm bunları elde edebilmek için Ella da, David de epey alın teri dökmüşlerdi. Her katında cocukların mutlu mesut koşup oynadıkları, fırında zencefilli-tarçınlı kurabiye kokularının yayıldığı büyükçe bir ev hayali bazılarına klişe gibi gelebilir ama onların gözünde hayatlarının en idealiydi. Bu ortak amaç üstüne kurmuşlardı evliliklerini ve zamanla hayallerinin hepsini olmasa da çoğunu gerçekleştirmişlerdi.

Geçen sene Sevgililer Gününde, kocası Ellaya kalp şeklinde bir elmas kolye hediye etmişti. Yanına da balonlu, ayıcıklı bir kart iliştirmişti:

Sevgili Ella,

Sessiz sakin, müşfik, cömert, evliya sabırlı kadın...

Beni olduğum gibi kabul ettiğin ve karım olduğun için minnettarım.

Seni ilelebet sevecek kocan,

David

Ella kimseye - bilhassa kocasına - itiraf edememişti, ama işin doğrusu, bu satırları okurken kendi ölüm ilanını okur gibi olmuştu. "Ben ölünce arkamdan bunları diyecekler herhalde" diye geçirmişti içinden. Ve eğer samimi ve dürüstseler, şu sözleri de eklemeliydiler.

"Ellacığımızın tüm yaşamı, kocası ve cocuklarından ibaretti. Kaderin türlü zorluklarına tek başına kafa tutacak ne bilgisi vardı, ne tecrübesi. Hiçbir zaman risk almayı bilmezdi. Tedbiri elden bırakmazdı. İçtiği kahvenin markasını değiştirmek için bile uzun-uzun düşünmesi gerekirdi. O kadar utangaç, öylesine munis ve ürkekti; tabiri caizse, pısırığın tekiydi".

İşte tüm bu malum sebeplerden dolayı, kendisi de dahil olmak üzere hiç kimse anlayamadı, tam yirmi yıllık evlilikten sonra Ella Rubinsteinin nasıl olup da bir sabah kocasına boşanma davası açtığını ve kendini evliliğinden azat edip, tek başına sonu belirsiz bir yolçuluğa çıktığını..."

Yadımdadı bunları oxuyub kitabı qatladım. Həyəcanlandım. Bu sözləri axı mənə də deyirdilər, mən də dinləyib fikirləşirdim ki, deyəsən üstümə başdaşı da hazırlanıb, üstünə epitafiya da yazılıb axı. Evliya səbirli qadın - bircə yıxılmağın qalır. Gözləyirlər sərçələr, ya da qarğa-quzğunlar. Oyarlar gözünü...

"Ama elbet bir sebebi vardı - Aşk. Aşik oldu Ella. Hiç beklenmedik bir biçimde, beklenmediyi bir adama.

İkisi ne aynı şehirde yaşıyordu, ne de aynı kıtada. Aralarındakı fersah-fersah uzaklık bir kenara, kişilikleri en az gündüz ile gece kadar farklıydı. Yaşam tarzları ise alabildiyine başkaydı. Arada tam bir uçurum vardı. Normal şartlar altında birbirlerine tahammül etmeleri bile zor iken, aşk odunda yanmaları beklenmedik bir hadiseydi. Ama oldu işte. Hem de öyle çabuk oldu ki, Ella başına ne geldiyini anlayıp, kendini koruyamadı bile. Tabii şayet insanın kendini aşktan koruması mümkünse!

Aşk, Ellanın ömrünün o durğun gölüne qaipten düşüveren bir taş misali indi. Ve onu sarstı, silkeledi, darmadağın etti".

Bu qədər eynilik necə ola bilər axı? Hətta itin cinsinə qədər eyni... Elifciyim, nasıl da oldu buldun beni?


***


Günlərin bir günü Aşk düşdü durğun gölün ortasına. Kendine aşık oldun, kimseyi umursamaz oldun və öz içinde sonu belirsiz bir yolculuğa çıktın. Kimsə fərq etmədi gedişini - özün bildin ki, yoxsan artıq sənə nekroloq yazan insanların içində.

Daha kimsə ən ağrılı günündə sənə yaxınlaşıb da, gözünün içinə baxıb da, üzündəki toy-bayramı gizləməyib də "ailənizin dostuyam" deyəməyəcək, haqqın olanı alamayacaq, hardasa xumarlanmış baxışları görməyəcəksən. Getmisən axı - öz yolçuluğundasan. Həyatın iksiri, kainatın mərkəzi, insan olmanın qayəsini arayırsan. Bitməyən, tükənməyən, sahilsiz bir okean və sən... Kim deyirsə aramadım - yalandı... Doğru, "Aramakla bulunmazmış, ama bulanlar da arayanlardan çıxarmış ancaq". Aşkı arayanlardan...

... Aralayıram pərdəni. Aha, gəldilər maşın düzəltdirənlər. Enirlər və yorğun-yorğun qalxırlar yuxarı. Balkondan baxıram. Hər halda sürüb gəliblərsə, demək sabah yola çıxa biləcəyik. İndi isə sayın millət vəkilinin nitqinə qulaq asacam.

... Danışır və məlum olur ki, Aykut da, babası da bizim problemlə çox ilgiləniblər. Ustanı bulmaq, onun yanı-başında durmaq - az deyil. Hələ nəzərə alsaq ki, gecə evlərindən çıxarıb Çıldıra da gətirmişdik onları. Usta da para almayıb sayın millət vəkilindən, müsafirə hörmət edib. Amma əsas zülmü Vurğuna etmişik.

(İndi fikir verirəm ki, sayın hocanın gözəl adı var - Vurğun. Tam Aşk romanına konu olacaq).

İşdən çıxıb o da gedib ustanın yanına və ac-acına gözləyib orda. Onsuz da ayaq üstə üzülür, bir yandan da bizim maşına görə aclıq çəkib. Bezdirmişik deyəsən onu, tez-tələsik maşını düzəltdirib bizi başından eləmək istəyir. Bu mənim fərziyyəmdi ha, özü nə fikirləşir biləməm. Hələlik isə bizi axşam yeməyinə dəvət edir.


DİLƏK HANIMIN "HANIMELİ”Sİ


- Bax, İradə xanım, indi İrana gedib-gələndən sonra, ordakı əqrəbalarımızı görəndən sonra babama günün hər saatında rəhmət oxuyuram. Nə yaxşı bizi buralara gətirib o zaman...

Qadıncığaz danışır və mən də təbii dinləyirəm. İndi gəldiyimiz bu kiçicik lokantanın sahibəsi Dilək hanım. Lokantaya yaxınlaşanda üstündəki lövhəni görəndə qəribəmə gəlir bir az. "Hanımeli". "Kadının hayali bahçesində hanımeller bitən ebrulili bir evdi. Mini-minnacıqdı kadın, rahata açıkdı kadın". Hanımeli sözü mənə Mavi gözlü devi xatırladır hər zaman.

Deyəsən Vurğun bu məkanda tez-tez olur. Yəqin nəsə istilik duyur burda, bir az ailə ortamını xatırladır. Dilək xanım ötən əsrin əvvəllərində İrəvandan buralara köç etmiş azərbaycanlı ailənin nəslindəndi. Zatən bu yörələrdə azərbaycanlılar çoxluqdadı. Dilək xanımın əqrəbaları Naxçıvanda da var, İranda da (mənim yolum keçdiyi yerlər). Amma qadın İrandakı əqrəbalarını ziyarət edəndən sonra Atatürk Türkiyəsinə pənah gətirmiş babasını xoş sözlərlə xatırlayır. Özü də desəm ki, burda insanın konuşması bizim danışmağımızdan az fərqlənir, yeni olmayacaq.

- Naxçıvanda sous bişirməyi öyrəndim. Günorta qonaqlarımız çox oldu, bitdi sous. Yoxsa marifetimi göstərərdim... Amma başqa yeməklərimiz də çox xoş, ev yeməkləridi.

Dilək xanımın cani-dildən sous üçün təəssüflənmə səbəbi məni əksinə, sevindirir. Yaxşı ki, bitib, yoxsa məcburi yeyib, yalandan da tərifləməliydim. Elə burda nə var yeyərəm... Çox yaxşı ki, Dilək xanım burda siqaret çəkməyə icazə verir. Ümumiyyətlə, deyəsən Qarsda bu qadağalara çox uymurlar. Bir az rahatdı ortam. Amma Dilək hanımın bu hanəsində bizim içəcəyimiz bir şey yox. Mən masa arxasında gözləyirəm, odlu mayenin biliciləri bu kəsiri yerinə qoymaq üçün yaxındakı marketə gedirlər.

Təxminən 5-6 masa qoyulub yeməkxanada. Boş sayılmaz, bir az aralıda iki qız söhbətləşir yeməyi gözləyə-gözləyə. Mənimlə yanaşı masada isə bir gənc telefonla danışıb arkadaşını dəvət edir yeməyə. Kars universitetinin açılması şəhəri cavanlaşdırıb. 20 il əvvəl yəqin çox sönük olub buralar. Gənclik, enerji, həyat...

- Hayatım, aldınız?

- Kartımda problem var, hə aldıq...

- Nə problem? Yenə? - hər nəsə deyirəm. Sayın millət vəkilinin bankomat kartı söz verib ki, ölkədən xaricdə olanda bizə sürpriz eləsin. Keçən il də Antalyada zor durumda qaldıq. Səhər uçmalıydıq Bakıya, kart ilişdi qaldı bankomatın içində, biz də bir qəpiksiz. Allah razı olsun, Vüqar Səfərli yardım əlini uzatdı.

İndi də bu... Təfərrüatı soruşmuram. Qanımı qaraltmaq istəmirəm. Dilək xanımın dil-dil ötməsinə qulaq asıram, bir azdan kocası da gəlib çıxır. Məlum olur ki, Şəhri-Qarsda sayın millət vəkilini sadə insanlar içində tanıyanlar da varmış. Qürur duydum ya!!!

Dilək xanımın kiçik bir qızı da var - Vurğun çox şirin-şirin söhbət edir qızcığazla. Görünür, biz özümüz də evdə böyütdüyümüz balaca insanlarla bərabər böyüdüyümüzdən onların xarakterini götürə bilirik. Vurğun qız atasıdı, qızcığazla dialoqu alınır. Tansu doğulana qədər mən qızlarla heç ünsiyyət qura bilmirdim, hətta uzun müddət Tansuya da "qaqaş" dedim. Amma indi ondan öyrənirəm çox hikmətləri. Hər halda bu körpələr nə istədiklərini bizdən daha yaxşı anlayırlar və həm də tələb edə bilirlər. İstəklər...

...Dönmək istəmirəm. Amma qayıtmalıyıq... Dilək hanımın "Hanımeli”ndən çıxıb da Qonaq evinə gedirik. Aydın bir gecədi.

Mutlu olmakla yetinən mutlu olmaz!!!

... Sürücümü yatırtdım, səhər uzun yol gedəcəyik...

Qarsdan Gürcüstan sərhədinə, ordan da yaşıl çay vadiləri ilə Tiflisə. Bəlkə saqqızını oğurladım bəyəfəndinin, Borjomidə qaldıq. Nə isə, bu səhərin söhbətidi.

Nə tez uçdu bu günlər?.. Bütün Romanları qarışdırdım bir-birinə - Aşk, Kar və Yol. Romanımın içində Yol getdim. "Mutsuzluktan hiç bir şey yapamaz olunca, mutluluğu düşünmeye başladım" - deyir Nobel ödülçüsü. Və oteldəki son görüşü belə təsvir edir:

"KA ile İpek bir-birlerine sarılarak bir süre hiç kıpırdamadan yatdılar. Bütün dünya öylesine sessiz ve KA da öylesine mutluydu ki, bu çok uzun bir süreymiş gibi geldi ona. Sırf bu yüzden bir sabırsızlığa kapıldı. Daha sonra o uzun sessizliyin hayatının en mutlu anı olduğunu düşünecek ve İpeyin kollarından çıkıp bu eşsiz mutluluk anını neden bitirdiyini soracakdı kendine. İnsan mutluyken mutlu olduğunu bilmez.

- Hadi canım, kalkayım artık ben - dedi İpek.

"Canım" demesi, kalkarken dönüb onu tatlılıkla öpmesi bile KA.yı yatışdırmadı.

- Bir daha ne zaman buluşacağız?"

Canlandırıram bütün bunları fikrimdə. Nədən belə deyir yazıçı? Mutlu olmakla yetinən mutlu olmaz! Haqlı amma.

"Zira Aşk bir ebedi iksir, kainatın merkezi, insan olmanın qayesi; ne bitebilir, ne tüketilebilir. Aşk kocaman bir okyanus. Kıyısız və pusulasız. Velev ki biz yanına gitmez olduk, o kuruyacak deyil ya.

Üstelik Aşkı aramadığımız yalan. Arıyoruz; kendimizce, kadrimizce, nice zaman beceriksizce, ama arıyoruz işte. Doğru, "Aramakla bulunmazmış Aşk, ama bulanlar da arayanlardan çıkarmış ancak...

Her iyi şey gibi Aşk da emek işi. Uğraş ister. Özen ister".

Böyləmi? Bu sorular yuxumu qaçırdı lap.

Pəncərəyə yaxınlaşıb ordan görünən kənar məhəllələrdəki son evlərin turuncumsu işıqlarına, televizyon seyr edilən kırık-tökük odalara, bacalardan tütən incə, titrək və narın dumanlara baxıb ağlamağa başladım. Bunu o deyir, Nobel ödülçüsü...

(ardı var)



İmza:

YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK