hacklink Adalet.az | Bakıda ikinci Azərbaycan xalq mahnıları festivalı başlayır Adalet.az | Bakıda ikinci Azərbaycan xalq mahnıları festivalı başlayır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bakıda ikinci Azərbaycan xalq mahnıları festivalı başlayır

31763    |   2019-10-09 11:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gündən ikinci Azərbaycan xalq mahnıları festivalına start veriləcək.

Festivalın açılış mərasimi Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Konsertə giriş sərbəstdir.

Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, AMEA-nın Folklor İnstitutunun iştirakı ilə reallaşacaq festival milli-mənəvi dəyərlərin təbliğinə xidmət edir. Festival çərçivəsində xalq mahnıları üzərində illərlə tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət elmi simpozium, Xalq Çalğı Alətləri Ansambllarının çıxışı, vokal gecələrinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycan xalq mahnılarından ibarət festivalın keçirilməsində məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəsilə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim edilməsidir.

Oktyabrın 13-dək davam edəcək festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur.

Festivalın bədii rəhbəri Əməkdar artist, "Mədəniyyət” kanalının direktoru Ramil Qasımov, baş koordinatoru Bəhruz Niftəliyev, koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızıdır.




İmza:

Heyranlarının sayını itirən “Şəki pitisi”

Kraliça Elizabetin bacısı Marqaret-içki düşkünü, yoxsa istedad...

Erməniləri, Mərkəzi Komitəni qəzəbləndirən xalq artistimiz - VİDEO

Əbülfəs Qarayev: Bakı yaradıcı şəhər adına layiq olduğunu sübut etməlidir

Avropada Məhəmməd Əmin Rəsulzadənin və Bakı fatehi Nuru Paşanın şərəfinə hədiyyə pul nişanı buraxıldı

Kəlağayı: gözəlliyin özü, ismətin sinonimi...

Azərbaycan İstiqlal Muzeyində Hüseyn Cavid anılıb

Özbəkistanlı qonaqların Lənkərana səfəri başlayıb

Əslən azərbaycanlı olan Xalq artisti mənzilində huşsuz vəziyyətdə tapıldı

Əlibaba Məmmədov Mehriban Əliyevaya: Siz bizim xalqımızın sevimlisisiniz, bu adı qazanmaq böyük bir şərəfdir

YUĞ və Vaqif İbrahimoğlu - yubileylər günü

"Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” adlı kitab nəşr edilib

SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK