ANA SƏHİFƏ / MƏMLƏKƏT

FHN-dən yanğınlarla bağlı əhaliyə müraciət

6937    |   2019-10-08 17:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın hadisələrinin artması ilə bağlı məlumat yayıb.

FHN-dən verilən məlumatda qeyd edilir ki, yanğınların təhlili göstərir ki, açıq sahələrdə, zibil yığılmış ərazilərdə, qamışlıq və kol-kosda baş vermiş yanğınların statistikasında son zamanlar artım dinamikası müşahidə olunur.

"Bəzi hallarda yanğının eyni ünvanda dövrü olaraq təkrarən qeydə alınmasını nəzərə alaraq bildiririk ki, Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin yanğına qarşı ara məsafələri vaxtında yanar tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan təmizlənməlidir. Sözügedən tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, "Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi”nə görə inzibati məsuliyyət nəzərdə tutulub.

Bildirilir ki, yuxarıda qeyd olunan səbəblərdən baş verən yanğın hadisələrinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunur, nəticədə bu işlərə əlavə güc sərf edilir, texnika aşınır, dövlət büdcəsindən külli miqdarda vəsaitin xərclənməsinə səbəb olur.

Yanğın nəzarəti funksiyasını həyata keçirən orqan olaraq mütəmadi olaraq tərəfimizdən yanğın təhlükəli sahələr müəyyən olunur və bu nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti üzrə rəsmi müraciətlər edilir. Hazırda respublikanın şəhər və rayonlarında yerli icra strukturları və bələdiyyələrin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir".




İmza:

Azərbaycanda yeni fırıldaq: “Antikoronaviruslu” çörək istehsal etdilər - VİDEO

“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başlanılır

Deputat içməli su probleminə görə nazirə müraciət etdi

Azərbaycanda daha 273 nəfər koronavirusa yoluxdu, 56 nəfər sağaldı, 3 nəfər öldü

Azərbaycanda daha bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü

Nazir: Karantin rejiminin iqtisadiyyata mənfi təsirləri qaçılmaz idi

Bakıda "Mall"arın yeni iş qaydası: Bu şəxslərin girişi qadağandır

Milli Məclis maska taxmamağa görə cərimələri son oxunuşda təsdiq etdi - MƏBLƏĞLƏR

Masallıda 17 ilanın öldürüldüyü ev nəzarətə götürüldü - İcra Hakimiyyəti

Ətdən baha olan dombalan bitkisi - Qarabağ mətbəxinin dadlı yemək çeşidi

GÖRƏSƏN, BU YERƏ KİMİN GÖZÜ DÜŞÜB?!

AYI VURMAQ RƏŞAD MƏCİDƏ BAHA BAŞA GƏLDİ

SON XƏBƏRLƏR
2020-06-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK