Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | TANRI OLMAQ - Şahnaz Şahin yazır Adalet.az | TANRI OLMAQ - Şahnaz Şahin yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

TANRI OLMAQ - Şahnaz Şahin yazır

3656    |   2019-10-08 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bax, həmişə belə olur,işi yarım qoyub gedirik,əldə imkan da var vaxt da,amma sabahlara saxlayırıq..Sabah da ki,nə çox,amma gələ də bilər,gəlməyə də...Bu dəfə SƏMİMİLİKdən yazacam,sizə də söz verirəm ki,səmimi olacam,həmişəki kimi.Amma oxuyandan sonra bunun cavabını sizdən eşitmək istərdim,görüm siz nə qədər səmimi oldunuz...

Bəs görək nədir bu səmimilik!?

....Səmimilik,şəxsiyyətin özünü necə varsa elə,yəni əsl üzünü gizlətmədən qarşısındakı adama təqdim etməsidir.Səmimiliyi təqlid etmək mümkün deyil,çünki baxışlar,danışıq tərzi,üzün mimik ifadələri açacaq sandığı,tökəcək pambığı!..Səmimilik də bir ibadətdir,zikrdir,imandır..Yaradan hər nə varsa səmimiliyin içərisində ehtiva etmişdir.Təvazökarlıq,dürüstlük,həqiqətə əyilmək,səmimiliyin göstəriciləridir...Səmimilik insanı bir çox pisliklərdən çəkindirir,o böyük qüvvədir və insana birbaşa təsir göstərir..

Tibb Universitetinin subardinasiya səviyyəsində idik,yəni 6-cı kursu bitirirdik,səhv etmirəmsə iyul ayı idi,bir aydan sonra internatura başlayacaq və biz gənc həkimlər sərbəst işləyəcəkdik.Düzdür,ümumi rəhbərimiz olacaqdı,amma xəstə-həkim təması,münasibəti tam özümüzlükdü..Birbaşa qəbul,müayinə,müalicə üçün təyinat verilməsi,resept yazılması bizim kursu necə başa vurduğumuzun göstəricisi olacaqdı..Yadımdadı,Q.Qarayev adına Uşaq Xəstəlikləri xəstəxanasında son günümüz idi.Dərslər bitdi və biz elə ixtisas dərsi keçən həkim-müəllimimizlə(heyif adı yadımda deyil..)xəstəxananın həyətinə toplaşdıq.Yadigar şəkillər çəkdirdik,şirin söhbətlər elədik,kim bilir bir də üz-üzə gələıcəkdikmi...

Tədris boyu bizimlə dostlaşan,ana bala münasibəti yaradan xanım həkim bizə uğurlar dilədi və sonda məsləhət verməyi də unutmadı...dedi:

-Siz artıq həkimsiniz,az vaxtdan sonra hərəniz bir yerdə işə başlayacaqsız.Çox müxtəlif insanlarla üz-üzə gələcək,fərqli xarakterlərə şahid olacaqsız.Heç vaxt xəstə yiyəsinin sözünə aldanmayın,işinizi,xəstəyə münasibətinizi ona görə qurmayın!Xəstənin adamı canı yanğılı olur,adama nə desən söz verir,inanmayın..Mənim adıma kənddə ağaca quzu bağlanıb böyüyüb qoç olub,amma sonda həmin adam xəstəsini gecə yarısı üçüncü mərtəbədən qaçırıb aparıb..Gözünüzü,nəfsinizi tox saxlayın,düzdür həkimə işi müqabilində hədiyyə falan verilə bilər,bu tarixən olub,amma sənətinizi qoruyun,onu uca tutun,xəstəyə səmimi yanaşıb lazım olduğu müalicəni edin...Bəri başdan zirək və fəndgir tərpənib özünü şirin satmaqla sizi aldatmaq istəyənlərə inanmayın,ummaq sonra adama əzab verir!..

Bu deyilənlər tam mənim xarakterimə uyğun idi,qulağımda da sırğa oldu.Və işlədiyim illərdə buna dəfələrlə şahid oldum!..Xəstəsini "aqoniya”,yəni ölüm ayağında xəstəxanaya və çox zaman vaxtlı-vaxtsız evimə çatdıran bəzi valideyn və xəstənin qohum əqrabası dönə-dönə yanıma gəlir və sanki vədləri ilə bəhsə girirdilər...Mənsə təbii ki,öz ampulamda idim!

SÖZ-Allahın insandan əvvəl yaratdığı canlıdır,onu öldürən də,diri saxlayan da biz insanlardır.Hamı bir-birindən səmimilik umur,amma özü necə səmimidirmi!?Hamı digərini qeyri səmimilikdə qınayır, bəs özü nə qədər səmimi olur!?

Sözlə hisslərimizi bildirir,fikrimizi çatdırır,ünsiyyət yaradırıq.,bəs qədrini bilirikmi?Təsəvvür edin ki,iraq olsun nitq qabiliyyətinizi itirmisiz,vəziyyətinizi təsvir edə bilərsiz?!Ağır olar,çox ağır..Anam deyərdi ki,haran ağrısa canın orda olur!Bir yazıçı dostum vardı,qəfildən udmaq aktını itirdi,adam neçə gündə bir yol bircə qurtum su,yarım fincan çay içib,para peçenye yeyə biləndə Allaha saysız şükürlər edirdi!..Elə bu dərdlə də dünyası qaraldı...(Allah rəhmət eləsin..)

Heç söz verdiyiniz olubmu? Bəs sözünüzü tutmusunuzmu?Tutmamısınızsa havada fırlanan,sahibsiz,yiyəsiz qoyduğunuz sözünüzə sahib çıxın,yiyə durun,nə qədər ki,gec deyil...Siz onu unuda bilərsiniz,amma o qətiyyən!Yeri düşdükcə gözünüzə görünəcək,yuxunuza girəcək,çəkdirdiyinizi çəkdirməyincə sizdən əl çəkməyəcək..,inanın!Bəs nə bilmişdiniz!!..Tanrı dünyanı "ol” kəlməsilə yaratmadımı?!Yaratdıqlarına məlum vədlərdə bulunmadımı?!..Sözünü tutmadımı..!?..Ondan-Yaradandan nümunə götürün və...Tanrı olun !

Adamlara yuva qurmağı,

Quşlara uçmağı öyrətdik...

Adamlar uçmağa həris...

Ağaclar yarpaq-yarpaq seyrəlir,

Dünya adam-adam azalır..

Belə gəlir payız...

Dam-dam uçub dağıldı bu kənd,

Küçə-küçə azaldı..

Səssiz..hoysuz...

Dava-dava oyunuyla başladıq müharibələri,

Oyuncaq güllələrdən öldü

uşaqlığımız...

Sevdik..,qınandıq...

Anlaşılmadıq..

Heyif,bu dünyada quş olmadıq..

Qapımı bir gəlişinə taybatay açdıqlarım oldu,yoluna ürək qoyduqlarım..Necəsiniz?.Bəhanələrə sığınanlar,arxayın olun,mən dərsimi çoxdan almışam...Sizə başdan inanmadım...

Ps."Budağından şübhə etdiyin ağacın kölgəsində istirahət edə bilməyəcəksən..!”..Paulo Koelyo




İmza:
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK