Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirilib Adalet.az | Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Binəqədidə narkotik satanlara qarşı xüsusi əməliyyat keçirilib

1424    |   2019-10-08 10:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər Binəqədi qəsəbəsi sakinləri məhkum olunmuşlar Yusif Allahverdiyev, Nicat Novruzlu, Elçin Həsənov və Heybət Abbasov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərin ifşa olunması istəqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.



İmza:
SON XƏBƏRLƏR
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK