hacklink Adalet.az | Türkiyə ilə ABŞ arasında buzlar əriyir Adalet.az | Türkiyə ilə ABŞ arasında buzlar əriyir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Türkiyə ilə ABŞ arasında buzlar əriyir

11146    |   2019-10-07 12:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Türkiyə yaxın günlərdə Suriyanın şimalındakı YPG silahlılarına qarşı aparılacaq hərbi əməliyyatlara başlayacaq. Bu gün dünyanın aparıcı kütləvi informasiya vasitələrinin manşetində yer alan əsas xəbər məhz budur.

Adalet.az xarici KİV-lərə istinadən bildirir ki, ABŞ prezidenti D.Trampla Türkiyə prezidenti R.T. Ərdoğan arasında baş tutmuş telefon danışığında bu barədə razılıq əldə olunub. Xatırladaq ki, PKK-nın Suriya qolu olan YPG Türkiyənin ərazi bütövlüyü üçün böyük təhlükə törətsə də ABŞ-ın dəstəyi ucbatından rəsmi Ankara həmin terror qruplaşmasına qarşı sərt tədbirlər görə bilmirdi.

Dövlət başçılarının dünənki telefon danışığından sonra qərara alınıb ki, Fərat bölgəsində olan məhdud sayda ABŞ əsgərləri bölgədən çıxarılacaq və Türkiyə ordusu hərbi əməliyyatlara başlayacaq. Türkiyə rəsmilərinin bildirdiyinə görə əməliyyatın çərşənbə günü başlayacağı bildirilir.

Rəsmi Vaşinqton indiyə kimi YPG-ni İSİD-ə qarşı mübarizədə ən yaxın müttəfiqi kimi görərək onların Türkiyəyə yönəlik hərəkətlərinə nəinki öz yumur, hətta buna gizli dəstək verir, bu terror təşkilatından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Halbuki ABŞ lap əvvəldən İŞİD-lə mübarizədə daha çox öz strateji tərəfdaşı olan Türkiyəylə birgə hərəkət etməyə borclu idi.

Hələ bir neçə ay əvvələ kimi ABŞ-Türkiyə bu münasibətləri elə səviyyədə idi ki, D.Tramp Türkiyəni YPG-yə qarşı hərbi əməliyyatlar keçirəcəyi təqdirdə ən sərt sanksiyalarla təhdid edirdi. Ancaq bu son addım göstərir ki, iki NATO ölkəsi arasında uzun illərdir davam edən soyuqluq aradan qalxmaqda, buzlar əriməkdədir ki, bu da Türkiyə qədər elə ABŞ-ın da maraqlarına uyğundur.




İmza:

İlham Əliyev deputatı təltif etdi

Bəxtiyar Hacıyev Ata Abdullayevin Paşinyanla görüşündən yazdı

Əli Həsənov: "Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar..."

HƏMSƏDRLƏR, ALLAH ATALARINIZIN YANINDA YATANLARA RƏHMƏT ELƏSİN

Asəf Quliyev: Ah nə gözəl məmləkət...

Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir

Zaur Adıgözəlov: “Milli qaunvericiliyimiz uşaqları qoruyur”

Ramil Usubov Moskvada Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edib

Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?

“Ombudsman olmaq fikrində deyiləm” - Tahir Kərimli

Milli Məclisin iclasının vaxtı DƏYİŞDİ

“Qeydə alınan namizədlərin 30 faizi qadındır” - MSK sədrinin müavini

SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK