Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Sumqayıtda şirkət rəhbərini qumbara ilə partlatmaq istəyən şəxsə 14,6 il həbs verildi Adalet.az | Sumqayıtda şirkət rəhbərini qumbara ilə partlatmaq istəyən şəxsə 14,6 il həbs verildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Sumqayıtda şirkət rəhbərini qumbara ilə partlatmaq istəyən şəxsə 14,6 il həbs verildi

1829    |   2019-10-04 16:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində qumbara ilə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Şirin Astanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Adalet.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ş.Astanov 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin mart ayında Sumqayıtda yerləşən "Azkompozit” MMC şirkətində Ş.Astanov şirkətin direktoru Rəsul Baxşəliyevin kabinetinə gələrək əvvəlki işinə - idarənin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə bərpa olunmasını tələb edib. Ş.Astanov özü ilə gətirdiyi qumbaranın qoruyucusunu çıxarıb direktorun otağına ataraq partlatmağa çalışıb. Amma qumbarada olan texniki nasazlıq səbəbi ilə partlayış baş verməyib.

Ş.Astanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham verilib.



İmza:
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK