hacklink Adalet.az | Mədəniyyət naziri: İxtisaslı kadrlar şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilir Adalet.az | Mədəniyyət naziri: İxtisaslı kadrlar şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Mədəniyyət naziri: İxtisaslı kadrlar şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilir

21483    |   2019-10-04 14:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mədəniyyət naziri Əbülfəs Qarayev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil ocaqlarının müəllim kollektivini təbrik edib.

Təbrikdə bildirilir ki, Azərbaycan xalqı onun gələcəyini işıqlandıran müəllim peşəsini həmişə müqəddəs hesab edib: "Elm, ədəbiyyat və mədəniyyətimizin bugünkü inkişafına görə öz maarif ziyasını əsirgəməyən fədakar insanlara minnətdarıq. Rəşid bəy Əfəndiyev, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Süleyman Sani Axundov, Abdulla Şaiq və digər ziyalı ədiblərimiz dövrün çətinliklərinə baxmayaraq, xalqa olan böyük sevgiləri sayəsində parlaq gələcək üçün yorulmadan, usanmadan çalışmışlar. Məhz onların əkdiyi maarif toxumları xalqımızın mədəni-mənəvi inkişafına münbit zəmin hazırlamışdır. Bu gün həmin maarif carçılarının varisləri olan pedaqoqlarımız bu şərəfli missiyanı uğurla davam etdirirlər”.

Bildirilir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu sistemli inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir. Ölkəmizdə bədii təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, mərkəzdə və bölgələrdə təhsil ocaqları təmir-bərpa olunur.

Nazirliyin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədilə təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulu 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır.

"Dövlətin bu sahəyə qayğısı, müəllimlərimizin öz bilik və bacarıqlarını əsirgəmədən şagirdlərə aşılaması nəticəsində bu gün incəsənətin müxtəlif sahələrində parlayan uşaq və gənclərimizin sorağı beynəlxalq festival və müsabiqələrdən gəlir. Dövlətimizin dəstəyi ilə gənclərimiz təhsillərini dünyanın məşhur musiqi təhsili ocaqlarında davam etdirirlər. Bütün bunlar müəllimlərimizin yorulmaz əməyinin bəhrəsidir”, - deyə nazirin təbrikində vurğulanır.

Əbülfəs Qarayev sonda bir daha müəllimləri əlamətdar gün münasibətilə təbrik edib, ailə səadəti və müqəddəs peşələrində nailiyyətlər arzulayıb.




İmza:

Nəticələr məlum oldu - Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda qalib oldu

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya xəstəxanaya yerləşdirilib

“Ucalsın bayrağımız!” deyəcəyik

“Aporia” Azərbaycanda ilk dəfə Dünyaya çıxan yerli film - Video

“CinemaPlus”da “Doctor Sleep” filminin nümayişinə başlanılır - VİDEO

“Addams ailəsi”nin üzvləri və “Harmony Dance Studio” “CinemaPlus”da - VİDEO

Xalq artistinin səhhəti haqda son xəbər

Müdafiə naziri : Separatizmə qarşı mübarizə aparan ölkə olaraq Azərbaycanın Türkiyəni tam dəstəkləyir

Bakıda çəkilən hind filmi rekord qırır

Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

Xəcalətdən teatrdan uzaqlaşdım və ya Nəsillər-nəsili

Xalq artisti Firəngiz Əlizadə yenidən Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib

SON XƏBƏRLƏR
2019-11-12


VİDEO