hacklink Adalet.az | ƏGƏR... Adalet.az | ƏGƏR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

ƏGƏR...

8007    |   2019-10-02 14:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1. Əgər Cənub Amerika Vətəndaş Müharibəsini qazansaydı:

Təsiri: Amerika yenidən birləşir. Amma 1960-cı ildə.

İzahı: Amerika tarixçisi Makkinley Kantor 1960-cı ildə çap etdirdiyi kitabında bunu gözəl izah etmişdi. Əgər konfederasiya qüvvələri 1863-cü ildə vətəndaş müharibəsini qazansaydı, prezident Avraam Linkoln sürgün olunacaqdı. Cənub qüvvələri Vaşinqtonu ələ keçirəcəkdi. Paytaxt isə Kolumbus şəhəri seçiləcəkdi. Amma amerikalılar iqdisadi vəziyyətə görə, artıq Alyaskanı Rusiyadan ala bilməyəcəkdi. Və Texas ştatı 1878-ci ildə müstəqillik elan edəcəkdi. Digər ölkələrin təzyiqi səbəbindən konfederasiya quldarlığı ləğv etmək məcburiyyətində qaldı. İki dünya müharibəsində bu üç millət (şimal, cənub və Texas) birlikdə vuruşduqdan sonra 1960-cı ildə yenidən birləşir.

2. Əgər Çarlz Lindberq 1940-cı ildə ABŞ prezidenti seçilsəydi:

Təsiri: ABŞ nasistlərə qoşulacaqdı.

İzahı: Yazıçı Filip Rotun əsəri əsasında Çarlz Lindberq ABŞ prezidenti seçilsəydi Amerika tam əminliklə nasistlərə qoşulacaqdı. Çünki Lindberqin "ağdərili" üstünlüyü və antisemitizm ideologiyası Hitler ideologiyasına daha yaxın olacaq. Və o, ABŞ-ı diktaturaya çevirib bütün rəqiblərini həbs etdirəcək. Və II Dünya Müharibəsində alman tərəfinə qoşulacaq.

3. Əgər Hitler Rusiyanı işğal etsəydi:

Təsiri: Fürer ən güclü liderlərdən biri kimi tarixə düşəcəkdi.

İzahı: Robert Harrisin "Ata yurdu" əsərində nasist Almaniyası 1942-ci ildə Rusiyanı işğal edəcəkdi. Britaniyanın "eniqma" kodunu nəzərə almaması nasistlərə qərb qüvvələriylə sülh razılaşmasına şərait yaradır. Və Hitler propoqanda sayəsində 20 il boyunca tarixin ən uzaqgörən və ən uğurlu lideri kimi qələmə alınacaqdı.

4. Əgər xristianlıq Qərbə yayılmasaydı:

Təsiri: "Aydınlanma" erkən baş verəcəkdi və min il boyunca davam edəcəkdi.

İzahı: Fransız filosofu Şarl Renovinin əsəri əsasında alınan məlumatda xristianlıq Roma imperiyası tərəfindən qərbə yayılmamsı, Avropanın tarixini tamamilə dəyişəcək. Yəni inkvizisiya, protestant çevrilişi, katolik-provoslav müharibələri və Anqlikan kilsəsinin yaradılması kimi tarixi hadisələr heç vaxt baş verməyəcək. Və Avropa cəmiyyəti iki yerə bölünəcək:

- Magiyaya meylli bütpərəst;

- Elmə meylli ateist cəmiyyəti.

5. Əgər romalılar Tutoburq döyüşünü qazansaydı:

Təsiri: Heç kim ingilis dilində danışmayacaqdı.

İzahı: Robert Kouleyin 1999-cu ildə yazdığı "Əgər?" əsərində o, tarixin bu məqamına böyük diqqət yetirmişdi. Əgər Roma legionları IX əsrdə German tayfalarına Tutoburq meşəsində döyüş zamanı qalib gəlsəydilər, romalılar indiki Almaniyanı işğal edib, daha sonra Britaniyanı ələ keçirmək üçün şans qazanacaqdılar. Çünki bu döyüş məhz o döyüşdü ki, Romanı Qərbi Avropada zəiflətmişdi. Britaniyanın işğalından sonra artıq ingilis dili heç bir yerə yayılmayıb, latın dili ilə əvəz olunacaqdı.

6. Əgər protestant reformasiyası heç vaxt baş verməsəydi:

Təsiri: Dünyanı xristianlıq idarə edəcəkdi, elm yox.

İzahı: Məşhur novellaçı Kinqsli Amisin 1976-cı ildəki əsərində qeyd edir ki, Arturun böyük qardaşı 8-ci Henri qardaşı oğlunun tronunu ələ keçirməyə çalışır. Lakin dini döyüşlərdə həlak olur. Və bu da ona gətirib çıxarır ki, Anqlikan kilsəsi heç vaxt yaradılmır. Məğlubedilməz İspaniya Armadası heç vaxt məğlub olmur. Çünki I Elizabet heç vaxt dünyaya gəlmir. Martin Lüter katoliq kilsəsi ilə birləşir və sonradan Papa olur və bu Avropanın taleyini tamamilə dəyişir. Dünyanı Vatikanın idarə etdiyi, texnologiyanın inkişaf etmədiyi, elektrikin qadağan olunduğu və alimlərin edam olunduğu dövrdə uzun müddətli müsəlman-xristian soyuq müharibəsi gedir.


Hazırladı: Yılmaz İBRAHİMOV



İmza:
SON XƏBƏRLƏR
2019-12-12
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK