hacklink Adalet.az | Azərbaycan ədliyyəsində İNNOVATİV SIÇRAYIŞ: “Elektron məhkəmə”, “Mobil notariat qovluğu”... Adalet.az | Azərbaycan ədliyyəsində İNNOVATİV SIÇRAYIŞ: “Elektron məhkəmə”, “Mobil notariat qovluğu”... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Azərbaycan ədliyyəsində İNNOVATİV SIÇRAYIŞ: “Elektron məhkəmə”, “Mobil notariat qovluğu”...

19624    |   2019-09-30 11:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkənin ədliyyə sistemində müasir texnologiyalara əsaslanan elektorn xidmətlərin sırası genişlənməkdədir.

Bu barədəYenicag.az-a məlumat verən vəkil Roman Qaraşovun sözlərinə görə, ədliyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə geniş imkan yaradır.

Bundan başqa, cəzaların humanistləşdirilməsinə dair prezident Sərəncamına uyğun olaraq, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrası çərçivəsində 1 500 məhkuma elektron qolbaq tətbiq olunub:

"Ədliyyə sahəsində informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi vətəndaşlara yüksək keyfiyyətli hüquqi xidmətlərin göstərilməsinə təkan verir. Bu gün ədliyyənin əksər sahələrində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir.

Hələ ölkə başçısının 2014-cü il 13 fevral tarixli "Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” sərəncamı məhkəmələrdə İKT-nin ən son nailiyyətlərinin tətbiqinə imkan verən əhəmiyyətli sənəddir. Bu sənədin qəbul edilməsində məqsəd ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmini, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi olub.

Bu sistemin tətbiqi həm də vətəndaşların məhkəmələrlə münasibətlərinin daha çevik formada qurulmasına, süründürməçilik hallarının aradan qaldırılmasına, işlərə baxılmasında operativliyin təminatına imkan yaradır, şəffaflığı maksimum dərəcədə təmin edir.

Məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarlarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edən "Elektron məhkəmə” informasiya sistemi vasitəsilə insanlar artıq məhkəməyə gəlmədən, elektron formada müraciət etmək imkanı əldə edib. Hər bir kəs "şəxsi elektron kabinet”ə sahib olmaqla, məhkəməyə sənədləri elektron formatda ötürə, məhkəmə işinin materialları ilə ətraflı tanış ola, proseslər barədə məhkəməyə gəlmədən xəbər tuta bilər.

Eyni zamanda, sistemin məhkəmə proseslərinin audioyazılışının aparılması, elektron sənəd dövriyyəsinin təşkili, yekun məhkəmə qərarlarının elektron dərci, müxtəlif meyarlar əsasında axtarış aparılması və digər müsbət hallar, sözsüz ki, vəkillərin də işinin asan və səmərəli təşkilinə öz müsbət təsirini göstərir.

Bu gün artıq 111 məhkəmənin 60 faizi bu sistemə qoşulub, o cümlədən Məhkəmələrin Vahid Portalı, Məhkəmə Prosesi İştirakçısının Şəxsi Kabineti, Elektron İcra, Məhkəmə Qərarlarının Vahid Bazası və bir sıra alt sistemlər uğurla tətbiq olunur. Prezident İlham Əliyevin 2019-cu il 3 aprel tarixli Fərmanında elektron məhkəmə ilə respublikanın bütün ərazisinin əhatə olunmasına və sistemin bütövlükdə effektiv işləməsinin təmin olunmasına yönəlmiş tapşırıqlar verilib.

Artıq həmin tapşırıqların icrası üzrə zəruri tədbirlər nəticə verməkdədir. Səyyar xidmətlərə tələbatın artması ilə əlaqədar xüsusi "Elektron notariat çantası” hazırlanıb. Elektron notariat informasiya sisteminə birbaşa çıxışı olan bu çanta vasitəsilə istənilən yerdə hər hansı notariat hərəkətini aparmaq və sənədləri çap edib, təqdim etmək mümkündür.

Digər yenilik elektron ədliyyə köşküdür. Yalnız Azərbaycanda mövcud olan bu köşk vasitəsilə təxirə salınmayan hallarda məsafədən notariat hərəkətləri aparmaq mümkün olacaq. Bu köşklərin sərhəddə, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında quraşdırılması nəzərdə tutulur.

Bu qurğular video-əlaqə vasitəsilə 24 saat ərzində notariat xidmətlərinin göstərilməsinə və müvafiq sənədlərin əldə edilməsinə imkan verir. Belə köşk artıq hava limanında quraşdırılaraq, istifadəyə verilib. Növbəti yenilik isə Azərbaycanın məhsulu olan mobil notariat qovluğudur. Müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir.

Həmçinin dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəli təşkili məqsədilə probasiya xidməti yaradılıb. Azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub və bir il ərzində 1500 məhkuma elektron qolbaqlar tətbiq olunub. Bu gün ədliyyə sahəsində istər informasiya texnologiyaları ilə bağlı, istərsə də digər sahələri əhatə edən genişmiqyaslı müxtəlif layihələr çərçivəsində mübahisələrin alternativ həlli sisteminin yaradılması, vəkillik institutunun inkişafına dəstək göstərilməsi, qarşılıqlı əməkdaşlığın güclənməsi, ədliyyə və məhkəmə qurumlarının idarəetmə potensialının artırılması və sair bu kimi beynəlxalq təcrübəyə əsaslanan innovativ tədbirlər həyata keçirilməkdədir”.




İmza:

Akif Çovdarovun məhkəməsinin vaxtı məlum oldu

“Məhkəmə - hüquq sistemi”ndə islahatların dərinləşməsi

Sərxoş halda 2 nəfərin ölümünə səbəb olan sürücü tutulub

Fədayə Laçın: Azadlığa buraxılmışam, anamgildəyəm

Azərbaycanda daha 245 namizəd vəkilliyə imtahan verəcək

“Polisə qarşı kampaniyanın arxasında böyük məqsədlər var” - Əliməmməd Nuriyev

Elina Hacıyevanın intiharında təqsirləndirilən məktəb direktoruna hökm oxundu

Rüşvətdə təqsirləndirilən sabiq nazirlik işçiləri azadlığa buraxıldı

Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb

Elinanın oxuduğu məktəbin direktoruna cəza istənildi

Gömrük Komitəsinin rüşvətə görə işdən çıxarılan polkovnik-leytenantı məhkəmə qarşısında

“İslahatlar keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edir” - Baş Prokuror

SON XƏBƏRLƏR
2019-11-12


VİDEO