Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Elçibəyin sürücüsündən ürək parçalayan xatirə Adalet.az | Elçibəyin sürücüsündən ürək parçalayan xatirə Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Elçibəyin sürücüsündən ürək parçalayan xatirə

10754    |   2019-09-30 17:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Elçibəyin sürücüsü Xəlil Qəni : Qış idi. Axşam Bəyi evə aparırdım. Yolda bir nəfər əl qaldırdı. Bəy maşını saxlatdı. Həmin adam öz ünvanına aparmağımızı xahiş etdi. Bəy onun kor olduğunu görüb "otur” dedi. Mən, doğrusu, Bəyə təklif etdim ki, bu adamı taksi ilə göndərim, ancaq o razılaşmadı. Yolda sərnişinimiz ona indiyədək arxa durmuş bir nəfərin vəfatından, kimsəsiz, arxasız, köməksiz qalmasından danışır, ağlayırdı. Onda güzgüdən Bəyin gözlərinə baxdım. Yalnız kədər, düşüncə, fikir... Deyilən ünvana gəldik. Bəy işarə etdi ki, qolundan tutub evə apar və qapını tanı. Elə də etdim. Qayıtdım, yola düşdük. Bəy dedi: "Xəlil, mən nə qədər sağam, ona kömək edəcəyəm. Bir gün mən bu dünyada olmayanda sən ona baş çəkməsən, heç kişi oğlu deyilsən. Ancaq gərək o bilməsin ki, bunu kim edir”. Həmin adama müxtəlif cür yardım Bəy xəstələnənə kimi davam etdi. Xəstəlik başlayanda isə narahatlıq, üzüntü məni o adamdan uzaq saldı. Bəyin dəfnindən sonra imkan tapıb ona baş çəkdim. Lazım olan azuqəni və... ehsan aşını da apardım. Xeyir işlər də olanda toy aşından da ona həmişə pay düzəltdirib aparırdım. Təbii ki, toyda bişən aşla ehsan aşı fərqlənir, ona görə bir-iki qaşıq alandan sonra dayandı və soruşdu: "Oğul, bu kimin aşıdır?” Ağlamaq məni tutdu. Tez eyvana çıxdım, guya siqaret çəkirdim. Nə baş verdiyini ondan gizlətmək istədim. O, dönə-dönə "oğul, bura gəl, cavab ver görüm” deyə inad göstərdi. İsrarını və həyəcanını görüb, daha ona əzab verməmək üçün göz yaşları içində "bu, doqquz il sənin hər ehtiyacını ödəyən şəxsin ehsanıdır” söylədim.


İmza:
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK