ANA SƏHİFƏ / KRİMİNAL

Cəlilabadda narkotik satışı ilə məşğul olan bacı-qardaş həbs edilib

25429    |   2019-09-27 12:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, sentyabrın 23-də rayon sakini Heydər Əsgərovun döş qəfəsinin deşilmiş-kəsilmiş yarası diqanozu ilə xəstəxanaya yerləşdirilməsi barədə Şöbəyə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən Salyan rayon sakini əvvəllər məhkum olunmuş Süsən Əliqi saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı müəyyən edilib ki, S.Əliqi zərərçəkən şəxslə əvvəlcə bir yerdə spirtli içki qəbul edib daha sonra aralarında yaranan mübahisə zamanı onu bıçaqlayıb.

Əməliyyat tədbirlərinin davamı olaraq müəyyən edilib ki, S.Əliqi həm də narkotik vasitələrin satışı ilə məşğuldur. Onun rayonun Uzuntəpə kəndi ərazisində yaşadığı evə baxış zamanı 2 ədəd kibrit qutusu və 1 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs marixuananı satmaq məqsədi ilə qardaşı Adildən aldığını bildirib.

Cəlilabada RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat zamanı narkotik vasitələri satan Adil Əliqi də tutularaq məsuliyyətə cəlb edilib. A.Əliqinin Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evinə baxış zamanı oradan əlavə olaraq 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunaraq götürülüb. A.Əliqi
bacısına Cəlilabad rayonunda narkotik vasitələrin satışı ilə məşğul olmaq üçün marixuana satdığını etiraf edib.

Faktla bağlı hər iki şəxs barəsində Cəlilabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. İstintaq əməliyyat tədbirləri davam etdirilir.




İmza:

Cəlilabadda “Range Rover”dən 6 kiloqramdan artıq narkotik götürüldü

Balakəndə bir evin həyətində çətənə kolları aşkarlanıb

Oğurluq üstündə tutuldular, başqa cinayətləri də üzə çıxdı

Bakı polisi əməliyyat keçirdi, heroin alverçiləri zərərsizləşdirildi

Gəlin baldızının pullarını oğurlatdı

Mağazadan oğurluq etmək istəyən gənc müştərilər tərəfindən tutuldu - VİDEO

Azərbaycanda “Yura” ləqəbli narkotacir tutuldu

Bakıda kişi gözəllik salonunda həyat yoldaşını qətlə yetirib

İtaliyada mafiyaya qarşı genişmiqyaslı əməliyyat keçirilib

Özündən 16 yaş böyük biri ilə qaçan qızını öldürdü

Ötən gün 30 cinayətin üstü “isti izlər”lə açılıb

Gəncədə atasının qisasını alan şəxs ömürlük azadlıqdan məhrum edildi - VİDEO

SON XƏBƏRLƏR
2020-05-30
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK