hacklink Adalet.az | Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb Adalet.az | Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Gömrük Akademiyasında ixtisasartırma təlimi başlayıb

5302    |   2019-09-24 16:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dövlət Gömrük Komitəsinin Akademiyasında B-Scan avadanlığının rentgen görüntülərinin dəqiq və düzgün oxunması ilə bağlı ixtisasartırma təlimi başlayıb.

Komitədən verilən məlumata görə, üçgünlük təlimi Rusiyanın Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili kafedrasının professoru Dimitriy Afonin aparır.

Akademiyanın rəisi Qulu Novruzov qonağı salamlayaraq onu bu ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Qulu Novruzov Azərbaycanda son bir ildən artıq müddət ərzində gömrük xidmətində aparılan intensiv islahatlara toxunaraq, bu islahatlarda prioritet istiqamətlərdən biri kimi gömrükçülərin peşə hazırlığının artırılmasının olduğunu bildirib.

Akademiya rəisi son bir il ərzində gömrük-keçid məntəqələrininən son texnoloji avadanlıqlarla təmin olunduğunu və bu istiqamətdə işlərin davam etdirildiyini diqqətə çatdırıb. Qulu Novruzovun sözlərinə görə, professor Dimitriy Afoninin səfəri Rusiya Federasiyasının Gömrük Akademiyası ilə Dövlət Gömrük Komitəsi və Gömrük Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsindən sonra atılan ilk addımdır. Qulu Novruzov əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu ifadə edən Rusiya Federasiyasının Gömrük Akademiyasının Sankt-Peterburq filialının Gömrük işinin təşkili kafedrasının professoru Dimitriy Afonin hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrindən, eləcə də keçirilən təlimin əhəmiyyətindən danışıb.

Qeyd edək ki, təlim müddətində "Gömrük nəzarəti məqsədi üçün istifadə edilən skaynerlərin təyinatı və xüsusiyyətləri", "Skaynerlərin işə hazırlanması", "Fiziki şəxslərinskan edilməsinin həyata keçirilməsi", "Kontur" skaynerinin proqram vasitələrindən istifadə etməklə görüntülərinin analizi" və digər mövzularda məruzələr təqdim olunacaq. Bununla yanaşı, təqdim olunan mövzular üzrə praktiki məşğələlər keçiriləcək.

Təlimin sonunda yekun attestasiyanın və test formasında imtahanın keçirilməsi nəzərdə tutulur.




İmza:

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi ümumdünya gənclər sammitində təmsil edib

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin M7 qrupunun açılışı olub

Dillər Universiteti Konfutsi İnstitutu beynəlxalq forumda iştirak edib

SON XƏBƏRLƏR
2019-11-13


VİDEO