hacklink Adalet.az | Kamran Əsədov: Müəllimlərin qiyməti Adalet.az | Kamran Əsədov: Müəllimlərin qiyməti Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Kamran Əsədov: Müəllimlərin qiyməti

6145    |   2019-09-23 12:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Almaniyada ümumtəhsil məktəblərində işləyən müəllimlər orta hesabla 3,5 min evro ,ali məktəbdə çalışanlar isə orta hesabla 4-4,5 min evro əmək haqqı alırlar.Texniki sahədə elmlər doktorunun ali məktəbdə aldığı əmək haqqı , hər hansı bir şirkətdə alacağı əmək haqqından çox da fərqlənmir. İstər ümumtəhsil məktəblərində ,istərsə də ali məktəblərdə müəllimlərin dərs yükünün çox olmadığı Almaniyada müəllin əmək funksiyasına tədrislə yanaşı ,eyni zamanda elmi və metodik araşdırmalarlar, yaradıcılıq da ( müxtəlif məqalələr ,metofik vəsaitlər və kitablar yazmaq ) daxildir.

Təhsilalanlar və təhsilverənlər arasında qarşılıqlı hörmət və ehtiramın dərin kök saldığı alman təhsilində korrusiya,  "hörmət” və s. Kimi neqativ hallar haqqında (Hətda adi bir gül buketi) fikirləşmək belə yersizdir. Elmlər doktorları xüsusi bir hörmət var. Məsələn müraciət edərkən " frau Şmit " yox " doktor frau Şmit” deyə müraciət edilir ki, burdanda göründüyü kimi elmi ad daha yüksək müraciət forması hesab edilir.

***

Böyük Britaniyada müəllimlər orta hesabla 2000-2500 funt sterlinq aylıq əmək haqqı alırlar. Bu rəqəm məktəbdə rəhbər vəzifədə işləyirsə , şagirdlərlə əlavə məşğul olursa və ya Londonda yaşayırsa ( Londonda həyat ölkənin digər yerlərinə nisbətən baha olduğu üçün ) artır.

Böyük Britaniyada müəllimlər peşə fəaliyyətində daha sərbəstdirlər. Belə ki, Təhsil Nazirliyi tədris planını və tədris proqramlarını təsdiq edir.Həmin tədris proqramlarını necə yerinə yetirmək ( hansı üsullarla və ya hansı dərsliklərlə ) artıq müəllimin ixtiyarındadır.İngilis müəllimin illik dərs saatının miqdarı norma olaraq 1256 saat ( həftəlik 35 saat) götürülür. Məktəblərin əksəriyyətində iş günü saat 8.30-da başlayır 15.30-da bitir.

Britaniya müəllimlərinin əsl bəlası kağız süründürməçiliyidir. ( Bizdə bu iş demək olar ki ,eynidir).Müəllimlər gündəlik olaraq plan yazırlar ,hətda valideyinlər üçün gündəlik hesabatlar hazırlayırlar.Buna görə 1997-ci ildə müəllimlərin hətda kütləvi etirazları baş versə də nəticəsiz qalmışdı. Amma həmin etirazlardan sonra müəllimlər bu ölkədə valideyin iclaslarından azad edliblər. Buna baxmayaraq valideyinin müraciət etdiyi istənilən vaxtda müəllim ona 10-15 dəqiqə ayırmağa borcludur.

***

ABŞ-da müəllimlərin əmək haqqı polislərin əmək haqqı ilə demək olar ki, eyni miqdarda –orta hesabla 4-5 min dollar təşkil edir.ABŞ müəlliminin əmək haqqı standart olaraq təyin edilir. Staj və əlavə təhsilə görə və ya hər hansı bir stimullaşdırıcı tədbirlərə görə əmək haqqına əlavələr edilmir. Xüsusiylə afroamerikanların oxuduğu məktəblərdə şagirdlər sevmədikləri müəllimləri müxtəlif yollarla "tələ”yə ( məsələn seksual münasibətlərə cəlb etmə və ya irqi ayrı-seçkiliyiklə bağlı) salmaqla məhkəmələrə verməsi adi hal aldığından ABŞ –da həmkarlar ittifaqı müəllimləri 1 milyon dollara sığortalayır ki, bu da həmin müəllimlərin qorunması üçün əsas şərt sayılır. Müəllimin pensiya fondu ilə bağlı ödənişlərini dövlət qarşılasa da ,onun tibbi sığortası müəllimin özü tərəfində ödənilir ki, bu da müəllimin aldığı aylıq əmək haqqının təqribən 70%-nə qədərini əyatə edir.
36 həftəlik ( bizdə bu 2015-ci ildən 34 həftədir) tədris ilində həftəlik 40 saat işləyən ABŞ müəllimlərinin əmək funksiyası təkcə məktəbdə ayrı-ayrı fənləri tədris etməklə bitmir. O,eyni zamanda məktəb saytı və ya elektron ünvanları vasitəsi ilə valideyinlərlə gündəlik olaraq olaraq əlaqə saxlamalı, şagirlərin hər biri haqqında gündəlik olaraq valideyinlərə məlumatlar verməlidir.
ABŞ-da ali təhsil almaq müəllim işləməyə azlıq edir.Müəllim işləmək üçün işləyəcəyi ştatın Təhsil Nazirliyindən xsusi lisenziya alınmalır. Əgər müəllim digər ştata köçürsə , köçdüyü ştatda müəllim işləmək üçün yenidən lisenziya almalıdır.

***

Yaponiyada müəllim peşəsi ən perestijli peşə sayılır və müəllim olmaq heç də asan iş deyil.Pedaqoji sahədə ən əzı bakalavr təhsili olan şəxslər eyni zamanda Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək müəllim işləmək üçün lisenziya almalıdırlar.Yalnız bundan sonra o əyalətin ( prefekt) təhsil idarəsinə sənəd verə bilər.Bir vakant yerə bəzən 20-30 nəfər namizəd sənəd verir . Müəllimin aylıq əmək haqqı Yapon cəmiyyəti üçün kiçik rəqəm deyil-2,5-5 00 dollar təşkil edir.Əmək haqqına bir çox sosial və stimullaşdırıcı əlavələr də tətbiq edilir. Məsələn :ailəli və ya uşaqları olarsa, yarımildə tədris etdiyi siniflərin nəticələri yüksək olarsa ,müəllim həyat səviyyəsinin ( qiymətlərin baha olduğu ) şəhərlərdə yaşayırsa ,evi yoxdursa (aylıq əmək haqqının əlavə olaraq 10% -i qədər.) və s. hallarda əmək haqqına əlavələr ödənilir.


İmza:

Azərbaycanda ilk dəfə DOTNET Developerlər Konfransı keçiriləcək

UNEC İsralin ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbi kibertəhlükəsizlik üzrə nüfuzlu təşkilatın rəsmi Akademiya Partnyoru seçilib

Azərbaycanda ilk Erasmus+ və Beynəlxalq Proqramlar Ofisi Bakı Ali Neft Məktəbində açılıb

Dillər Universitetində Çinin jurnalistlər günü qeyd olunub

UNEC-də xarici dilin tədrisində yeni standartlar

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub

Bakı Ali Neft Məktəbinin tələbəsi Ramil Şükürlü Beynəlxalq Astronavtika Konqresində iştirak edib

Evoğlu kənd tam orta məktəbinin 90 illik yubileyi qeyd edilib

Azərbaycanda ilk: UNEC tələbələrinə “Smart tələbə kart”ları təqdim olundu

TƏLƏBƏLƏRİ YOX, MÜƏLLİMLƏRİ GÜNAHLANDIRIN

Bakı məktəblərində müəllimlər üçün təlimlərə start verilib

SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK