hacklink Adalet.az | Bakıda köməksiz vəziyyətdə qalan azyaşlıya görə cinayət işi açılıb Adalet.az | Bakıda köməksiz vəziyyətdə qalan azyaşlıya görə cinayət işi açılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Bakıda köməksiz vəziyyətdə qalan azyaşlıya görə cinayət işi açılıb

1702    |   2019-09-21 16:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sabunçu rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində tüfeyli həyat tərzi sürən azyaşlı Vlasov Fərid Ruslan oğlunun yerininin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan  daxil olan birgə məlumatda deyilir ki, valideyn himayəsindən məhrum olan, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə küçələrdə yaşayan 2005-ci il təvəllüdlü Fərid Vlasovu onun qayğısına qalmalı olan şəxslər tərəfindən bilə-bilə köməksiz vəziyyətdə qoymaları faktına görə Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi istintaqın davam etdirilməsi üçün rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Fərid Vlasov Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən "Şəfqət Nuru” Kimsəsizlərə Yardım İctimai Birliyinin "Nur” Uşaq Evinə yerləşdirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



İmza:
SON XƏBƏRLƏR
2019-11-11
2019-11-09
2019-11-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (92.31%)
Pullsuz (7.69%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qazaxda Aslanbəyli kəndinin camaatı sünnüdür, Ürkməzli kəndinin camaatı isə şiədir. Həmin kəndlərə 10 dəqiqə intervalnan iki avtobus işləyir.

Bir dilənçi Aslanbəyli kəndinə gedən avtobusa minib əl açıb yolboyu camaatdan sədəqə istəməyə başlayır:

- Siz Həzrəti Əli xatrinə mənə kömək eləyin!

Bir-bir hamıya yaxınlaşır, amma heç kim pul vermir.

Şair Elnur Aslanbəyli də oturubmuş arxada. Üzünü dilənçiyə tutub deyir:

- Ay dayı, bu Ömərin avtobusudur, sən düş arxadan gələn Əlinin avtobusuna min!




digər lətifələr
ARXİV
FACEBOOK