nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Nə olsun uşaqlarının anasıdır?! - Ulucay Akif yazır Adalet.az | Nə olsun uşaqlarının anasıdır?! - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nə olsun uşaqlarının anasıdır?! - Ulucay Akif yazır

40957    |   2019-09-21 11:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər Fuad Qəhrəmanlının ailəsi ilə bağlı ortaya çıxan məsələdən sonra ölkədə yenə "qadın hüquqları" məsələləri qabardılmağa başladı. Qadınlar kişiləri, kişilər qadınları günahlandırdı.

Mən bütün bu ailə problemlərində ən böyük səhvin kişilərdə olduğu nəticəsinə gəldim. Bunu bütün səmimiyyətimlə, tam ciddi deyirəm: səhv kişilərdədir!

Bu yaxınlarda yazar Aysel Əlizadə ilə müsahibə etmişdim. Hamımızın feminist kimi tanıdığı, həmişə qadın hüquqlarını müdafiə edən Aysel xanıma iki sual verdim:

1) Qadınların ən mənfi xüsusiyyəti nədir?

Cavab təxmini belə oldu:

- Qadınlar deyingən olur. Bir problemi yüz dəfə dilə gətirib kişinin başını xarab edirlər.

2) Kişilərin ən müsbət xüsusiyyəti nədir?

Bu suala isə cavab belə oldu:

- Kişilər heç vaxt qadının qüsurlarını qadının özünə demirlər. Bunu özlərinə yaraşdırmırlar.

Bu iki cavab ortaya iki həqiqəti çıxarır:

1. Ən savadlı feministimiz belə qadınların yersiz deyingən olduğunu etiraf edir.

Əslində bütün qadınlar deyingən olduqlarını bilirlər, amma nədənsə bunu çox normal, təbbi bir halmış kimi qəbul etməyimizi istəyirlər. Və biz də onların deyingənliyini qəbul edirik. Niyə?!

2. Kişilərin mənfi xüsusiyyətini özlərinə sərf edir deyə müsbət xüsusiyyət sayırlar.

Bəli! Kişilərin qadınların qüsurlarını deməməsi müsbət xüsusiyyət deyil, əksinə, mənfi xüsusiyyətdir.

Kişilər qadınların qüsurlarını özlərinə deməlidir. Necə ki qadınlar biz də bir səhv, ya qüsur görən kimi onu üzümüzə vururlar.

Ay qardaş, əgər həyat yoldaşın deyingənliyi ilə, heç nəyi düz-əməlli bacarmamağı ilə səni boğaza yığıbsa, ona dözmək məcburiyyətində deyilsən. Nə olsun uşaqlarının anasıdır?! Boşan.

Amma siz də çox yaxşı bilirsiniz ki, Azərbaycanda kişilər çox vaxt boşanmağı özlərinə yaraşdırmırlar. Çünki nə xanımlarının problem yaşamasını istəmirlər, nə də uşaqlarına bunu yaşatmaq istəmirlər.

Ona görə də çox vaxt gedib kənarda başqasını "saxlayırlar". Deyinməyən birini!

Boşanmalar zamanı sadəcə qadınların təzyiq gördüyünü düşünürsünüzsə, yanılırsınız! Kişilər boşanma məsələlərində ətrafdan daha çox təzyiq görürlər. Qohum-əqrəba bir tərəfdən, dost-tanış bir tərəfdən, qonum-qonşu bir tərəfdən...

Hətta bəlkə siz də kişilərə deyilən bu fikirləri eşitmisiniz:

- Arvadı xəyanət edibsə boşayarlar!

- Deyingəndir deyə arvad boşamazlar!

Bir kişi həyat yoldaşının deyingən olduğu üçün boşanmaq istədiyini desə, hamı ona gülər ki "arvad deyinər də, boşanmaq nədir?".

Hətta qonşular filan da inanmaz, deyərlər ki "yüz faiz arvadı xəyanət edib, ona görə boşanır, yoxsa kimdi deyindiyi üçün arvadı boşayan?"

Bəli, cəmiyyət elə bir fikir yaradıb ki, guya qadının deyinməyi normaldır və hər kişi qadınının deyingənliyinə dözməlidir. Niyə?

Görünür elə ən böyük səhvimiz də budur.

Həyat yoldaşın deyinir?

Baş-beynini aparır?

Boşan!

Bəlkə belə etsək qadınlar deyingənliyi tərgidərlər, düzələrlər.

Və bəlkə yüz il sonra nəvələrimiz deyingən olmayan qadınlar ilə ailə qurarlar.



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-03-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK