hacklink Adalet.az | Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini Adalet.az | Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İQTİSADİYYAT

Energetika bazarının liberallaşması ilə bağlı təkliflər hazırlanıb - Nazir müavini

7970    |   2019-09-19 12:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda energetika bazarının liberallaşması ilə əlaqədar təkliflər hazırlanıb.

Trend-in məlumatına görə, bunu Energetika nazirinin müavini Elnur Soltanov sentyabrın 19-da keçirilən IX Beynəlxalq "Caspian Energy Forum Baku – 2019” sərgisində deyib.

Nazir müavini bildirib ki, bu təkliflər istehsal və təchizat sahələrində effektivliyin yaranmasına təsir göstərəcək: "Təchizat sahəsində rəqabətliliyin olması xidmət keyfiyyətinin artmasına gətirib çıxarır. İstehsalatda isə maya dəyərinin azalması və yanacağın daha az istifadəsi hesabına xərclərin minimallaşmasına səbəb olur”.

E.Soltanov qeyd edib ki, Azərbaycanda elektrik enerjisinin əsas istehsal yanacağı təbii qazdır. Bu sahədə qərb ölkələrindən irəlidəyik. Azərbaycanda daş kömürdən istifadə olunmur. Bərpaolunan enerji mənbələrindən sonra təbii qaz ən təmiz enerji mənbəyidir: "Təbii qaz dünya bazarında yüksək qiymətə malikdir. Ancaq Azərbaycan daxilində energetika sektoruna verilən qaz sosial mənada subsidiyayönümlü qiymətdədir. Təbii qazın ixracından Azərbaycan xalqı və dövləti əlavə gəlir əldə edəcək. Bununla bağlı əhəmiyyətli addımlar atılır”.



İmza:
SON XƏBƏRLƏR
2019-11-13


VİDEO