hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO - Yenilənib Adalet.az | İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO - Yenilənib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO - Yenilənib

7496    |   2019-09-16 14:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Adalet.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirərək əməkdaşlığımızın bütün sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığımızın da hərtərəfli inkişaf etdiyini dedi. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildirən dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyi dedi və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Bakıda keçirilən hökumətlərarası komissiyanın səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini dedi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Vitse-prezident Fuat Oktay, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkələrimizin dövlət başçıları arasında olan dostluq münasibətlərinin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd etdi. Vitse-prezident Fuat Oktay Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü münasibətilə təbriklərini çatdırdı və paytaxtımızın daha da gözəlləşdiyini qeyd edərək Azərbaycanın bundan sonra da inkişaf yolunda olacağına əminliyini ifadə etdi.

Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirdi.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.





İmza:

Kamaləddin Qafarov Məstəliyevlər ailəsinin qonağı olub - FOTO

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

MSK: Hazırda deputatlığa namizədlərin sayı 1400 nəfərdir

Rizvan Qənbərov qeyri-adi seçki kampaniyası keçirib

İlham Əliyev Davosda merlə görüşdü - FOTO

Səyavuş Məmmədov seçicilərlə görüşüb - FOTOLAR

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

Kamaləddin Qafarov Binəqədi rayonunun ziyalıları və M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə görüşüb - FOTO

9 saylı Binəqədi ikinci Seçki Dairəsindən müstəqil namizəd, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev

Aqil Abbas seçicinin mənzilində oldu - Foto

Müşviqabad qəsəbəsində görüş - FOTOLAR

Aqil Abbasın seçiciləri ilə görüşləri davam edir - FOTO

SON XƏBƏRLƏR
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK