Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "O təşkilatın AFFA-ya aidiyyatı yoxdur" - Bəyanat Adalet.az | "O təşkilatın AFFA-ya aidiyyatı yoxdur" - Bəyanat Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"O təşkilatın AFFA-ya aidiyyatı yoxdur" - Bəyanat

2762    |   2019-09-12 15:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

AFFA yeniyaradılan AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı ilə bağlı bəyanat yayıb.

Adalet.az xəbər verir ki, qurumun bəyanatındaötən gün Nazim Süleymanovun sədr seçildiyi təşkilatın AFFA-ya aidiyyatı olmadığı vurğulanıb:

"Kütləvi İnformasiya Vasitələrində yayılan məlumata əsasən, bir qrup şəxs tərəfindən AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis edilmişdir. Bəyan edirik ki, bu təşkilatın adında "AFFA” adından istifadə edilməsinə baxmayaraq, adıçəkilən təşkilatın AFFA və ya onun işçilərinə (indiki və ya keçmiş) hər hansı aidiyyatı yoxdu.

Belə ki, "Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən "Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və bu Qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdı”.

Həmin Qanunun eyni maddəsində "işçi” dedikdə "əmək qanunvericiliyinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontraktı) bağlayaraq əmək fəaliyyətini yerinə yetirən fiziki şəxs başa düşülür” kimi müddəa yer almışdır. Bildirmək istərdik ki, qeyd edilən və özünü həmkarlar ittifaqı təşkilatı adlandıran təşkilatın mətbuatda adları hallandırılan təsisçilərindən heç biri heç vaxt AFFA ilə əmək münasibətlərində olmamışdır. Bunu nəzərə alaraq, "AFFA” adından istifadə etməklə bu cür həmkarlar ittifaqının təsis edilməsi "Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir.




İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK