hacklink Adalet.az | Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır Adalet.az | Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakının Baş Planı üzrə rəqəmsal kadastr məlumatları hazırdır

4369    |   2019-09-12 10:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı şəhərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, rəqəmsal kadastr xəritələri tərtib edilib. Qeyd edilməlidir ki, Bakının mükəmməl rəqəmsal kadastr məlumatları bazası paytaxtın Baş Planının hazırlanması işində əsas istinad mənbələrindən biri hesab olunur. Bu məqsədlə şəhərin rəqəmsal kadastr məlumatları Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə elektron şəkildə təqdim olunub.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, Bakının Baş Planının hazırlanmasında əsas istinad edilən bu bazada paytaxtda yerləşən əmlaklar, torpaq sahələri barədə müfəssəl məlumatlar yerləşdirilib. Belə ki, burada hər bir torpaq parselinin hüdudları, onların üzərindəki tikilinin ünvanı, mərtəbəliliyi, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları və s. barədə müfəssəl məlumatlar toplanıb. Eyni zamanda şəhərin kommunikasiya infrastrukturu haqqında da dəqiq informasiya yer alıb. Başqa sözlə, məlumat bazasında yerüstü mühəndis-kommunikasiya xətləri əks olunub. Bu bazada torpaq, yaşayış binaları, istehsalat obyektləri, qeyri-yaşayış sahələri, o cümlədən təhsil, səhiyyə, məişət obyektləri barədə geniş informasiyalar öz əksini tapır. Həmçinin məlumat bazasında bir çox mühəndis-kommunikasiya infrastrukturu obyektlərinin mühafizə zonaları və zolaqlarının hüdudları əks olunub. Sosial təyinatlı obyektlərin yerləşməsinə dair məlumatların mövcudluğu onların xidmət radiuslarının təhlilinə, zəruri əlavə layihələndirmə işlərinin lazımlılıq dərəcəsinin müəyyənləşdirilməsinə imkan verir.

Kadastr məlumatlarına istinad edilməsi Bakının Baş Planının hazırlanması prosesində sosial-iqtisadi, ekoloji, texniki cəhətdən əsaslandırılmış layihə-proqnoz həllərinin tapılmasında əvəzsiz rol oynayacaq.

Komitə tərəfindən Bakı şəhərində aparılmış kadastr uçotu işlərinin nəticələrindən istifadə dairələri genişdir. Bu məlumatlar, həmçinin torpaq və digər daşınmaz əmlaklarla bağlı mülkiyyət hüquqlarının qeydə alınması işinin elektronlaşdırılmasında da əvəzsiz rola malikdir. Digər tərəfdən bu bazaya istinad etməklə daşınmaz əmlak (torpaq) idarəçiliyinin elmi əsaslarla həyata keçirilməsinə nail olmaq olar.




İmza:

Quba polisi gücləndirilmiş rejimə keçib

Ötən gün yol qəzalarında iki nəfər ölüb

Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib

Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

İşğalda qalan Kərki - 30 il ötür

Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi

Heydər Əliyev prospektində sürət həddi endirildi

Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”

Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

“CinemaPlus”da 20 Yanvara həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK