Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Vergilər Nazirliyi: Son üç ayda elektron qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub Adalet.az | Vergilər Nazirliyi: Son üç ayda elektron qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Vergilər Nazirliyi: Son üç ayda elektron qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub

4762    |   2019-09-11 13:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2019-cu il 1 sentyabr tarixinə respublika üzrə uçotda olan 1 milyon 31 min 164 vergi ödəyicisinin 13,1 faizi hüquqi şəxs və digər təşkilatların payına düşür. Hüquqi qurum şəklində uçotda olan vergi ödəyicilərinin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb və bunun 99,2 faizi kommersiya qurumlarının sayının artması hesabına baş verib.

Vergilər Nazirliyindən verilən məlumata görə, bu ilin avqust ayında 1372 kommersiya qurumu qeydiyyata alınıb və bu da ötən ilin avqust ayına nisbətən 47 faiz çoxdur. Kommersiya qurumlarının 72,1 faizi elektron qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan kommersiya qurumlarının 84,4 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,6 faizi isə səhmdar cəmiyyət formasında təşkil olunub.

Hesabat dövründə 64 min 329 kommersiya qurumunun və ya ümumi kommersiya qurumlarının 53,7 faizinin vəziyyəti aktiv olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,6 faiz artım deməkdir. 2018-ci ilin 8 ayı ilə müqayisədə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 22 faiz artaraq, 31 min 946 təşkil edir və aktiv ƏDV ödəyicilərinin sayı 18 min 622 vahidə çatıb. Aktiv ƏDV ödəyicilərinin sayı müqayisə edilən dövrdə 33,1 faiz artıb və onların xüsusi çəkisi 2,2 faiz çox olub.

Hüquqi şəxslərin dövlət qeydiyyatının mütərəqqi üsullarla aparılması məqsədilə son illər ərzində həyata keçirilən islahatlar nəticəsində bu gün ölkədə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatının böyük əksəriyyəti elektron üsulla aparılır.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş son dəyişikliklər ölkədə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində yeni əlverişli mühitin formalaşmasına müsbət təsir göstərib və cari ilin 8 ayı ərzində hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində sürətli artım dinamikası müşahidə olunub.

Həmin dövrdə qeydiyyata alınmış hüquqişəxslərin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,3 faiz artıb, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatının xüsusi çəkisi isə 80,9 faizdən 87,3 faizədək yüksəlib. Cari ilin son üç ayında isə e-qeydiyyatın xüsusi çəkisi 90 faizdən çox olub. Bu ilin əvvəlindən tətbiq edilən yeni qeydiyyat üsulu (finkod+mobil nömrə) e-qeydiyyatın xüsusi çəkisini daha da artırıb.




İmza:

Azərbaycanda yeni işgüzar turizm məhsulları yaradılacaq

“Azərbaycan Dəmir Yolları” TDƏŞ-in üzvlüyünə qəbul edilib

Azərbaycanda beş yeni “ASAN xidmət” mərkəzi açılacaq

Nazir : "Əsrin müqaviləsi"nin Azərbaycanın ictimai-siyasi həyatında müstəsna xidmətləri olub

Nazir müavini: Sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclası Gürcüstanda keçiriləcək

Zakir Həsənov müşavirə keçirdi, təlimləri izlədi

Bakı dünyanın 60 ən təhlükəsiz şəhərləri sırasındadır

Bakının Baş planı ilə bağlı ilkin təkliflər müzakirəyə çıxarılıb

Təqaüddə olan deputatların da pensiyası artacaq - Komitə sədri

"Azərişıq": Qubada baş verən qəza ilə bağlı araşdırma başlandı

Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

Rusiyanın 6 şəhərində Azərbaycan təbliğ ediləcək

SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK