Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Məni döymələrinə niyə icazə verdim ?! - Ulucay Akif yazır Adalet.az | Məni döymələrinə niyə icazə verdim ?! - Ulucay Akif yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Məni döymələrinə niyə icazə verdim ?! - Ulucay Akif yazır

3914    |   2019-09-10 14:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Keçən səfər məni adını ilk dəfə eşitdiyim bir kanalın verilişinə qonaq çağırmışdılar. Düzü getmək istəmirdim, amma verilişin aparıcısı olan xanım dostum israrla çağırdı, mən də hörmətsizlik olmasın deyə getdim.

Kanalın binası mənə niyəsə qaçqın yataqxanalarını xatırlatdı. Bütün otaqlardan yemək qoxusu gəlirdi. Ac idim, amma qoxular biri-birinə qarışıb ürəyimi bulandırmağı bacardı. Çəkilişin olacağ pavilyonu axtara-axtara otaqlara, otaqlardan çıxan adamlara baxırdım. Burada işləyənlərin əksəriyyəti qadınlar idi. Vacib iş görürmüş kimi bir otaqdan çıxıb o biri otağa girən şit makiajlı qadınlar.

Daha çox orta yaşlı və yaşlı kateqoriyasına aid olan bu xanımların burada evdar xanım olmamaq üçün işlədiyi çox yaxşı hiss olunurdu. Yəni "əsas odur başımı qatmağa iş olsun” deyib işləyən bu xanımlar yenə də evdar xanım idilər. Çünki otaqlardan gələn uğultulu söhbətlərin qeybət olduğuna əmin idim. Amma yenə də fərqi var da... Biri var evdə oturub qohum-qonşunun qeybətini edəsən, biri də var işdəkilərin. Dəyişiklik yaxşı şeydir...

Nəhayət çəkilişin olacağı pavilyonu tapdım. Vaxta həlkə var idi deyə keçib bir kənarda əyləşdim. Pavilyondan da yemək qoxusu gəlirdi. Artıq bu qoxuların beynimə işləməyə başlamışdı. Elə bil yemək qaşığını başımın içinə salıb beynimdən götürürdülər.

Uzağı 1 saat çəkəcək, ondan sonra buradan xilas olacam. Hə, artıq buradan xilas olmaq istəyirdim. Başqa şey haqqında düşünməyə çalışırdım.

Bir də gördüm kimsə çiynimə toxundu. Təxmini 30 yaşında bir oğlan idi.

- Sən də verilişə gəlmisən, qaqaş?

- Hə, verilişə gəlmişəm – "qaqaş” sözünü eşitməmiş kimi davranmağa çalışdım.

- Qonaq kimi gəlmisən, yoxsa tamaşaçı kimi?

- Qonaq.

- Adın nədir, qaqaş?

İçimdən "olur da belə şeylər" deyib cavab verdim:

- Ulucay Akif!

- Akif, Akif, Akif... Hə, tapdım, yazmışam! - əlindəki siyahıda adımın qabağına "+" işarəsi qoydu.

Keçib qonaq yerində oturmaq istəyəndə məni saxladı:

- Getmə, Akif. Ödəniş olunmalıdır birinci.

- Pul lazım deyil, qalsın sizdə - elə bildim qonaqlara qanorar (pul) verirlər.

- Biz ödəmirik e! Siz ödəməlisiniz – gülərək dedi.

Get-gedə əsəblərimin pozulmağa başladığını hiss etdim. Bir tərəfdən də kəskin bozbaş qoxusunun beynimin ən dərin yerinə nüfuz etdiyini hiss edirdim.

- Mən niyə pul ödəməliyəm? – tamamilə sakitmiş kimi soruşdum.

Elə bu məqamda digər qonaqlardan biri mənlə söhbət edən prodüsserə yaxınlaşdı. Ortayaşlı və yaşlı arasında bir xanım idi.

- Elnur, ala! Keçən səfər də verməmişdim. Bir də bugünün pulunu çıxarsan - deyib 50 manat uzatdı.

Oğlan pulu götürüb cibindən bir topa pul çıxardı. Pulu 50-liklər arasına qoydu və əlindəki pullara baxıb qadına dedi:

- Almaz xanım, 10 manat yoxdur. Çəkiliş bitəndə verərəm 10 manatınızı.

Almaz xanımın üzündəki xoşbəxtliyi görməli idiniz. Gözləri parıldaya-parıldaya studiyadakı kameralara, işıqlara baxırdı:

- Eybi yox! 10 manat qalsın, onsuz da gələn həftə yenə gələcəm. 20 yox, 10 manat verərəm - dedi və iki əli ilə paltarının yanlarını, yaxasını düzəldib cəld addımlarla oturacağı yerə keçdi.

Riyaziyyatım çox güclüdür deyə sürətli hesablama etdim:

- İndi mən 20 manat ödəməliyəm?

- Yox, Akif...

- Akif yox, Ulucay!

- Necə?

- Uuuuu - Luuuuu - Cayyyy!

- Hə, Uluçay.

- Ç yox, C!

- Hə, Ulucay. Nə maraqlı addır. Mənası nədir?

Bozbaş qoxusunu göyərti qutabının qoxusunun da müşaiyət etdiyini hiss edib cin atına mindim.

- 20 manat ödəməliyəm mən də?!

- Yox. 30 – bir az qorxaraq cavab verdi.

- 30 niyə?! bayaqkı xanım 20 ödədi axı.

- Ulucay bəy (istəyəndə demək adımı düzgün deyə bilirmiş, həm də "qaqaş”sız), Almaz xanım verilişin daimi qonağıdır. Həm də onu bütün ölkə tanıyır.

- Bütün ölkə tanıyır deyə 20 manat ödəyib bu verilişə gəlir?

- Nə demək istədiyinizi başa düşmədim...

- Təəccüblənmədim!

Bu məqam verilişin aparıcısı olan xanım dostum məni görüb yaxınlaşdı. Görüşdük. Əsəbimi boğub gülümsəməyə çalışdım. O da vəziyyətin nə yerdə olduğunu anladı ki, məni prodüsserin əlindən alıb kənara çəkdi:

- Ulucay. Nolub, niyə əsəbləşmisən?

- Məndən pul istədi veriliş üçün. Hələ "qaqaş” da deyir mənə.

- Səncanı üzrlü say. Burda qonaqlar pul ödəyir. Səndən pul almayacaqdıq deyə demək də istəmədim. Prodüsseri də xəbərdar eləmək yadımdan çıxmışdı.

- Eybi yox. Olan şeydir (içimdə isə hələ də "belə şey olar?!" deyirdim).

- Keç əyləş, birazdan başlayacağıq verilişə.

Əslində xanım dostum savadlı jurnalistdir, amma iş baxımından hamının bəxti gətirmir də. Heç kimi də qınamaq olmur ki. Kim olsaq da, necə olsaq da, hamımız bir tikə çörəyin dalınca qaçırıq (ya da hamımız yox). Nəysə e...

Verilişin mövzusu ədəbiyyatla bağlı idi. Digər qonaqlarının heç birini tanımırdım. Orta yaşlı və yaşlı adamlar idi. İki xanım, iki kişi.

Heç danışmırdım. Elə hirs içində oturub vaxtın keçməyini, verilişin tez bitməyini gözləyirdim. Nəsə söhbət əsnasında necəsə oldu, gücümü toplayıb bir məsələyə fikrimi bildirdim. Elə bayaqdan öz aralarında şirin-şirin danışan "veteranlar” nəsə deməyimi gözləyirmiş düşdü üstümə. Əslində belə məqamlarda həmişə gülərək reaksiya verirəm, amma həmin an izah edə bilməyəcəyim hislər keçirirdim və tormuzlanmışdım. Bozbaş qoxusu da çəkilmək bilmirdi ki bilmirdi.

Elə qoxunun təsirindən təzəcə çıxıb ayılmağa çalışırdım ki, bayaq 50 manat verən Almaz xanımın bazarda başqa satıcıyla dalaşan satıcılar kimi üstümə qışqırdığını eşitdim:

- Sən Viktor Hüqonun "Səfillər" romanını oxumusan?!

Deyəsən mənə o əsər üzərindən nəsə izah edəcəkdi, amma "nokaut”dan tez ayıldım və Hüqo müəllimin adının belə verilişdə çəkilməməsi üçün "Yox, tanımıram. O kimdi?" dedim.

Təxminən yarım saat da buna görə üstümə qışqırdılar. Elə bil rinqin küncünə sıxılıb bütün zərbələri qarşılamaqla məşğul idim.

Eybi yox! Əsas odur Viktor Hüqonun adının elə verilişdə çox hallanmasının qarşısını aldım.

Ədəbiyyat qurban tələb edir!



İmza:Ulucay Akif

YAZARIN ARXİVİ

2019-09-10 : CHP birinci oldu
2019-09-10 : ELTON QULİYEV :
2019-09-10 : Ağdamda son azan
2019-09-03 : ŞƏRHSİZ...
2019-09-02 : AKİF RÜSTƏMOV:
SON XƏBƏRLƏR
2019-09-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK