Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İndiyədək Aşura ilə bağlı 518 nəfər qan verib Adalet.az | İndiyədək Aşura ilə bağlı 518 nəfər qan verib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

İndiyədək Aşura ilə bağlı 518 nəfər qan verib

2126    |   2019-09-10 09:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü" qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Nazirlikdən  verilən məlumata görə, aksiyalar Bakı şəhəri üzrə: Binəqədi rayonu "İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və "Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu "Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu "Şah Abbas” məscidi, "Sahibəzzaman” məscidi, Sabunçu rayonu "Rəhimə xanım ziyarətgahı” məscidi, "İmam Rza” məscidi, Səbail rayonu "Bibiheybət” məscid ziyarətgahı və İçərişəhər "Cümə məscidi”, Suraxanı rayonu "Qaracuxur” məscidi, Yasamal rayonu "Təzə pir” məscidi, "Hacı Soltanəli” və Hacı Cavad” məscidində keçirilir.

Bölgələrdə isə - Gəncə şəhəri "İmamzadə” kompleksi, Lənkəran şəhər Böyük bazar "Cümə” məscidi, Mingəçevir şəhəri "Heydər” məscidi, Sumqayıt şəhər "Cümə” məscidi, Şəki şəhəri "İmam Əli” məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi və Şirvan şəhər məscidi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu "Bərdə İmamzadəsi”, Biləsuvar rayonu "Cümə” məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Göyçay şəhəri "Əbülfəzlil Abbas” məscidi, Xaçmaz şəhər Məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan şəhəri Hacı Tağı məscidi qanvermə aksiyaları keçirilir.

Aksiyalar səhər saat 09:00-dan başlanıb.

Saat 09:00-a olan məlumata əsasən 518 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 233 litr qan tədarük olunub.



İmza:

DYP Bakıda piyadalara qarşı reyd keçirib - FOTO

Nazir müavini Xaçmazda vətəndaşları qəbul edib

Polis rəisi narkotikin zərərlərindən danışdı

Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərinin döyüş atışları - VİDEO

Deputat: Elə sistem qurmalıyıq ki, Azərbaycana da tibbi turizmlə əlaqədar insanlar gəlsinlər

Xəstəxanalarda tibbi xidmətlər pullu olmayacaq - Agentlik sədri

Bakıda külək altı ağacı aşırdı: ikisi maşının üstünə düşdü

Paytaxtda bir çox ağac qəsdən qurudulur - RƏSMİ

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verilib

Qarayaraya yoluxan xəstələrlə bağlı SON DURUM

İİcra Hakimiyyəti: İsmayıllıda 7 nəfər zəhərlənməyib, onları gün vurub

"İrəli" üzvləri Beynəlxalq layihədə

SON XƏBƏRLƏR
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK