Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Məhkəmə yenə təxirə salındı: “Heç kim Fədayə Laçınla maraqlanmır” Adalet.az | Məhkəmə yenə təxirə salındı: “Heç kim Fədayə Laçınla maraqlanmır” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Məhkəmə yenə təxirə salındı: “Heç kim Fədayə Laçınla maraqlanmır”

7694    |   2019-09-09 15:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yenə təxirə salınıb.

Bu barədə Azvision.az -a F.Laçının vəkili Nurəngiz Qarayeva məlumat verib. Onun sözlərinə görə, bu gün təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib. Proses sentyabrın 16-dək təxirə salınıb.

"Növbəti məhkəmə iclası sentyabrın 16-na təyin olunub. Məhkəmənin baş tutmaması Fədayə xanımla bağlı deyil. Pentensiar Xidmətin daxili prosesləri ilə əlaqədardır”.

Vəkil qeyd edib ki, həbsdə olan müğənninin səhhətində heç bir problem yoxdur: "Fədayə xanımın xüsusi bir istəyi yoxdur”.

N.Qarayevanın dediyinə görə, sənət yoldaşlarından heç kim F.Laçınla maraqlanmır: "Bu günə kimi müğənnilərdən heç kim onunla görüşə gəlməyib. Yalnız ailə üzvüləri ilə əlaqə saxlayır”.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub. Məhkəmənin qərarı ilə Fədayə Laçına 5 il həbs cəzası verilib.


İmza:

Hüseyn Abdullayevə 8 il cəza istənildi - Etiraz etdiyinə görə məhkəmə zalından çıxarıldı

Şəkidə attraksiondan yıxılan qızla bağlı cinayət işi başlanıb

Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə salındı

Baş Prokurorluq: Firudin Ələkbərlinin qətli obyektiv araşdırılır

Bakıda taksi sürcüsünə quldurluq edən dəstəyə 34,5 il cəza verildi

Məhkəmə yenə təxirə salındı: “Heç kim Fədayə Laçınla maraqlanmır”

Bakıda bankın şöbə müdirini vurub öldürən yeniyetməyə 3 il cəza verildi

Bakıda jurnalisti döyən şəxs həbs edilib

İsmayıllıdakı kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başlanıb

Fədayə Laçının məhkəməsi niyə ard-arda təxirə salınır? - Vəkil səbəbi açıqladı

Cahangir Hacıyevin vəkili məhkəmədən vaxt istədi

Baş prokuror Qubada vətəndaşları qəbul edəcək

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK