nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Tural Gəncəliyev: "Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur" Adalet.az | Tural Gəncəliyev: "Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Tural Gəncəliyev: "Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur"

9236    |   2019-09-09 13:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının (DQBAİ) idarə heyətinin sədri Tural Gəncəliyev işğal edilmiş ərazilərimizdə keçirilmiş "yerli özünüidarəetmə orqanlarına seçkilər”lə əlaqədar bəyanat yayıb.

Adalet.az-ın məlumatına görə, bəyanatda deyilir:

"Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 8 sentyabr 2019-cu il tarixində "yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti "seçki şousu” təşkil edilmişdir. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur və demokratiya, seçki adına böyük bir təhqirdir.

Qondarma xuntanın saxta "rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya "əzabkeşləri"nə bildirirəm ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmziləmənin həyata keçirildiyi bir şəraitdə bu "seçkilər” nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan, eləcə də təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur.

Əslində, işğalçı Ermənistan və qanlı xunta belə"seçkilər” keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özünü aldatmaqla məşğul olur. Saxta "seçkilər” həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır. Tam əminəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək".




İmza:

Onlar üzr istəməsələr, Azərbaycana buraxılmayacaqlar

Rusiya səfirliyinin nümayəndələri Mətbuat Şurasında olublar

İran və Rusiya gömrük əməkdaşlıqları konfransı ləğv edildi

İlham Əliyev görüş keçirdi - YENİLƏNİB

Türkiyəli səfir Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərindən danışdı

Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

İlham Əliyev ABŞ Dövlət katibinin müavininin müşavirini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Ərdoğana zəng etdi

Xələf Xələfov: Xocalıda törədilən cinayətlər tam sübuta yetirilib

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb

Miqrasiya Xidmətinin rəisi Avstriyanın federal polis attaşesi ilə görüşüb

SON XƏBƏRLƏR
2020-02-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK