Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Niyə də evdə sensasiya etməyək?" - Mahir Emreli Adalet.az | "Niyə də evdə sensasiya etməyək?" - Mahir Emreli Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Niyə də evdə sensasiya etməyək?" - Mahir Emreli

5052    |   2019-09-09 09:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bizi maraqlı oyun gözləyir.Rəqibin gücü bəllidir. Bu özü bizim üçün motivasiya olmalıdır. Xorvatiya kimi böyük komanda ilə qarşılaşacağıq. Həm də xalımız yoxdur. Sabah ən yaxşısını edib, xal qazanmağa çalışacağıq”.

Qol.az xəbər verir ki, bu sözləriAzərbaycan millisinin hücumçusu Mahir Emreli Avro-2020-nin seçmə mərhələsində sabah Bakıda Xorvatiya ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

22 yaşlı futbolçu güclü rəqibdən xal almağın mümkün olduğunu bidirib:"Baş məşqçi söz verdi ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. İki gün əvvəl oyun keçirsək belə, Xorvatiyanın adının gəlməsi bizim üçün əlavə motivasiyadır. İlk görüşdə yaxşı mənada sensasiya edə bilərdik. Niyə də bunu evdə etməyək? Ümid edirəm ki, sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyik. Qələbə qazananda hamı necə sevinirsə, uduzanda da tənqidlər başa düşüləndir. Xorvatiya və Uelslə oyunlarda bəxtimiz gətirmədi. Macarıstanla matçı da bura əlavə edə bilərəm. Erkən qollar buraxmağımız bizə pis təsir etdi. Yalnız Slovakiya ilə görüş istisnadır. Rəqibin yaxşı günü idi”.

Xatırladaq ki, sabah "Bakcell Arena”da keçiriləcək Azərbaycan – Xorvatiya matçı 20:00-da start götürəcək.


İmza:
SON XƏBƏRLƏR
2019-09-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK