Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Namiq Sadıqlı Əli Kərimliyə od püskürdü Adalet.az | Namiq Sadıqlı Əli Kərimliyə od püskürdü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Namiq Sadıqlı Əli Kərimliyə od püskürdü

AXCP üzvü Namiq Sadıqlı partiyadan istefa verib.

8392    |   2019-09-06 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adalet.az-ın məlumatına görə, patriyadan çıxma səbəbini açıqlayan N.Sadıqlı Facebook sosial şəbəkəsində AXCP-yə qarşı bir çox sərt ittihamlar səsləndirib.

N.Sadıqlı yazır:"Dostlar, çox düşündükdən sonra Əli Kərimlinin özəl, şəxsi partiyasından İstefa addımını atdım. Bir neçə səbəbləri yazacam ki, cəbhədə qalan hörmətimi saxlayan və dəyər verdiyim kifayət qədər cəbhəçi dostlarım məndən inciməsinlər. Əksinə bu addımı əvvəldən atmışdım, bəlkə düzələr deyə gözləyridim. Səbəbləri ən azı 12 bənd olaraq göstərirəm”.

Partiya üzvü daha sonra AXCP-dən çıxma səbəbini 12 bənd olaraq sıralayıb:

"1.Siyasi rəqiblərinə qarşı öz əlaltıları vasitəsilə iyrənc söyüşlü kampaniya apardığını qəbul edə bilmədiyim üçün

2. Azad, fərqli düşüncəli, onu tərifləməyən, tənqid edənlərə hücum etdiyi üçün

3. Özündə güc tapıb son həbs edilən, hakimiyyəti sərt tənqid edən siyasi məhbus Elvin İsayevə nəinki dəstək, əksinə ona dəstək verən üzvlərə trol hücumu etdirdiyi üçün

4. Özünü "demokrat lider” adlandırıb, əksinə diktatorluğa daha çox meyil göstərdiyi üçün

5. Neçə illərdir 50-dən çox pariya sədrindən heç birinin adını çəkərək birliyə çağırmadığı üçün

6. Neçə illərdir hakimiyyəti dəyişmək deyil, yalnız ana müxalifət kürsüsünü qoruyub saxladığı və təkkəbbürlükdən əl çəkmədiyi üçün

7. Hər üç aydan bir 2 saatlıq mitinq keçirməklə işini bitmiş hesab etmək, partiyadaşlarını günahsız yerə həbsxanalara doldurmaqla özünə müəyyən dvident qazanmağı xoşladığı üçün

8. Şəxsinə yazdığım məktublarımı oxuyaraq, cavab verməməklə hörmətsizlik etdiyini gördüyüm üçün

9. Yeni nəfəs, yeni siyasi simalar ortaya çıxan kimi onlara qarşı "hakimiyətə işləyirsən” damğası vurmaq, cəmiyyətdə gözdən salmaq üçün sosial şəbəkələr üzərindən min cür qarayaxmalar hazırladığı üçün

10. Dildə demokratiyadan danışan bu şəxs "mənim yanımda deyilsənsə, bizdən deyilsən” deməklə yalnız tərifləri qəbul edib, tənqid edənləri agent adlandırdığı üçün

11.”Elçi TV youtube kanalı” vasitəsilə Əli Kərimliylə yanaşı digər siyasi xadimlərin video çıxışlarını yayınladığımı həzm edə bilmədiyi üçün

12.Daha nə yazım, dostlar, çox gözlədim ki, özünü lider kimi cəmiyyətə məcburi sırımaq istəyən bu partiya sədri bəlkə düzələr, bəlkə hakimiyyətə gəlmək üçün siyasi mübarizə adamlarıyla isti münasibətlər qurub birləşməyə başlayar, əksinə yanıldığımı tam olaraq hiss elədiyim üçün istefa verdim”.




İmza:

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

Əli Əhmədov: Ölkəmizdə hər bir vətəndaş özünü təhlükəsiz, əmin-amanlıq içərisində hiss edir

Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayının açılışında iştirak edib (FOTO) (YENİLƏNİB)

Gürcü nazir Bakıya danışıqlara gəlir

Komitə sədri Türkiyə Respublikası ticarət nazirinin müavini ilə görüşüb

Novruz Məmmədov: “Türkiyə daim bizim yanımızdadır”

Hikmət Hacıyev Paşinyanın qeyri-ciddiliyini sübut etdi - VİDEO

“Azərbaycan Ordusu müharibəyə hazırdır” - Zakir Həsənov

İlham Əliyev Türkiyənin Vitse-prezidentini qəbul edib - FOTO - Yenilənib

Müdafiə naziri Stanislav Zasla görüşüb

Türkiyənin energetika naziri: TANAP və BTC iştirakçı ölkələrin rifahına böyük töhfə verib

Müxalifətdən Qəhrəmanlıya daha bir sərt tənqid

Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verdi

İNŞALLAH, BİRİNCİ GÜN TƏZƏ ŞƏKİLLƏR GÖRƏCƏYİK

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

“Azərbaycan dənizdə neft hasil edən ilk ölkədir” - İlham Əliyev

Bu etirafdan sonra Fuad Qəhrəmanlı və Əli Kərimli dərhal siyasətdən getməlidir - Nahid Cəfərov

Macarıstanın Baş naziri Bakıya gəlir

Baş nazir “Əsrin müqaviləsi”ndən yazdı: “O, dünyanı inandıra bildi”

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüş vaxtı məlum oldu

Mehriban Əliyeva neftçiləri təbrik edib - FOTO

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK