hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: TALEHİMİN ŞEİRİ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: TALEHİMİN ŞEİRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: TALEHİMİN ŞEİRİ

( Özümə ... və şeir talehlilərə)

8825    |   2019-09-06 10:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yoxdu ümid, nə də şam
Çətin yanıb alışam...
Susub girinc qalmışam -
iki daş arasında...

Mən ki qır qalayıram,
Dərdi sırğalayıram...
Ömrü xırdalayıram -
Gözlə qaş arasında...

Gözüm gözünü anır
Gözün gözümdə sanır...
Bir quru çubuq yanır -
Bir qom yaş arasında...

Fikrə dalıb Əbülfət
Haqqın alıb Əbülfət..
Aslı qalıb Əbülfət -
Qəlblə baş arasında...




İmza:
SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK