ANA SƏHİFƏ / MARAQLI

Payızda ilk dəfə iki qadın açıq kosmosa çıxa bilər

12667    |   2019-09-06 09:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sentyabrın sonunda Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşəcək Amerika astronavtı Cessika Meir istisna etməyib ki, kosmos tarixində ilk dəfə iki qadının açıq kosmosda olmasını Kristina Kuk ilə birlikdə həyata keçirəcək.

Adalet.az AZƏRTAC-a istinadən bildirir ki, 1984-cü ildə sovet kosmonavtı Svetlana Savitskaya açıq kosmosa çıxmış ilk qadın kosmonavt olub. Tarixdə ilk dəfə iki qadının açıq kosmosa çıxması bu il martın sonunda BKS-dən amerikalı astronavtlar Enn Makkleynin və Kristina Kukun iştirakı ilə həyata keçirilməli idi. Lakin Makkleyn üçün hazır skafandr tapılmadığına görə açıq kosmosa çıxma baş tutmadı.

C.Meir Kosmonavtların Hazırlıq Mərkəzində keçirilən mətbuat konfransında RİA Novosti müxbirinin sualını cavablandıraraq deyib: "Biz hamımız gəminin hüdudlarından kənarda işləməyə hazırıq. İndi açıq kosmosa çıxmaların cədvəli tərtib edilir. Odur ki, kimin kosmosa çıxacağını hələ bilmirəm".

NASA-nın məlumatına görə, sentyabrın 25-də Baykonur kosmodromundan "Soyuz MS-15" gəmisi ilə birlikdə "Soyuz-FQ" daşıyıcı raketinin buraxılışı nəzərdə tutulub. Gəminin heyətinə rusiyalı Oleq Skripoçka, amerikalı Cessika Meir və BƏƏ-nin ilk kosmonavtı Həzza əl-Mənsuri daxildir.

Planlaşdırıldığına görə, Skripoçka və Meir BKS-də 187 gün qaldıqdan sonra 2020-ci il martın 30-da amerikalı Endrü Morqanla birlikdə Yerə qayıdacaqlar.




İmza:
SON XƏBƏRLƏR
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK