Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | BƏRK GEDƏRSƏN, ÖLƏRSƏN... -Faiq Qismətoğlu Adalet.az | BƏRK GEDƏRSƏN, ÖLƏRSƏN... -Faiq Qismətoğlu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

BƏRK GEDƏRSƏN, ÖLƏRSƏN... -Faiq Qismətoğlu

6733    |   2019-09-05 17:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün respublikamızda ölüm və xəsarətalma halları ilə baş verən qəzaların böyük hissəsi avtomobillərin yüksək sürətlə idarə olunması ilə bağlıdır. 

Heç kimə sirr deyil ki, rerspublikanın avtomobil yollarında bir çox sürücülər nəqliyyat vasitələtini daha yüksək sürətlə idarə etməyə böyük həvəs və maraq göstərirlər. 

Xüsusən də gənclər nəqliyyat vasitələrini yüksək sürətlə idarə edəndə sanki özlərini dünyanın ən xoşbəxt adamı sayırlar. Hansı ki, avtomobilin yüksək sürətlə idarə olunması ölümün bir addımlığında dayanmaq deməkdir. Və elə bir gün olmur ki, respublikamızda hansısa bir sürücünün yol hərəkəti qaydasını pozması nəticəsində ölümlə nəticələnən qəza olmasın.

Məhz buna görə də Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi və eləcə də Yol Patrul Xidməti Alayının komandiri respublikanın avtomobil yollarında xidmət aparan bütün tağımlara tapşırıq və göstəriş verib ki, yüksək sürətə qarşı mübarizə daha da gücləndirilsin, hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülsün. Eyni zamanda, tağım komandirlərinin nəzərinə çatdırılıb ki, digər kobud qayda pozuntuları da diqqət mərkəzində saxlanılsın. Mütəmadi olaraq yüksək sürətlə avtomobilləri idarə edən sürücülərlə maarifləndirici söhbətlər aparılsın, onların nəzərinə çatdırılsın ki, avtomobillərin yüksək sürətlə idarə olunması ağır fəsadlar verə bilər.

Toxunduğumuz məsələlər Yol Partul Xidməti Alayının 6-cı tağımında da diqqət mərkəzində saxlanılır və nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunmasının qarşısının alınması üçün proflaktik tədbirlər həyata keçirilir. Biz reyddə iştirak edəndə bir daha şahidi olduq ki, müasir tipli xidməti avtomobillərdə nəqliyyat vasitələrini yüksək sürətlə idarə edən sürücülər yeni texnologiya ilə kompüter sisteminə düşür və onların maarifləndirilməsi istiqamətində ciddi addımlar atılır.


Xarici markalı avtomobil saatda 130-140-la hərəkət edərkən xidməti maşındakı kompüter sisteminə düşür. Təbii ki, nəqliyyat vasitəsini idarə edən sürücü bunu öncə hiss eləmir. Amma bir müddətdən sonra sürət həddini aşdığından xəbər tutur. Həmin sürücülər yüksək sürətə həvəs göstərdiklərinə görə heç də məsuliyyətdən kənarda qalmırlar. İstər radar sisteminə, istərsə də xidməti maşınlarda quraşdırılmış kompüterlərə sürət həddini aşdığına görə düşən avtomobil sahibləri "Yol hərəkəti haqqında” qanunun müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunurlar. Onlar barəsində elektron protokol tərtib olunarkən həm də bal sistemi tətbiq edilir.

Aydındır ki, bir çox sürücülər inzibati yolla məsuliyyətə cəlb ediləndə o cəriməni ödəmək üçün müxtəlif bəhanələr axtarırlar. Yəni cərimələri vaxtında ödəmir; ya deyir vaxtım yoxdu, ya da deyir ki, maddi imkanım yaxşı deyil. İmkanın olanda ödəyəcəm. Amma hər bir cərimənin də müəyyən müddəti var. Yəni o müddətdə cərimə ödənilmirsə, əlavə faiz gəlir, üstəlik də o cəriməni ödəmədiyinə görə, nəqliyyat vasitəsi stasionar posta yaxınlaşarkən ağıllı radarlar tərəfindən müəyyən edilir və yol polisi tərəfindən saxlanılır.



Təbii ki, yol polisi də qanuna müvafiq addımlar atır, cəriməni ödəməyən sürücünün avtomobilini müfəqqəti duracağa qoyur və cərimə ödənildikdən sonra avtomobil sahibi nəqliyyat vasitəsini həmin yerdən götürə bilir. Reyd zamanı cəriməni vaxtında ödəməyən bir neçə sürücü saxlanıldı. Onlardan eləsi də vardı avtomobil əlindən alınıb duracağa qoyuldu, eləsi də vardı ki, cəriməni yerində ödədi və yoluna davam etdi.

Bu işdə 6-cı tağımın baş inspektorları, polis kapitanları Bakir Həsənov və Natiq Mövlanov sürücülər arasında maarifləndirmə işləri apararaq onalrın nəzərinə mövcud problemləri çox təmkinlə, səbrlə çatdırdı. Sürücülər də yol polisinin bu cür səmimi və mədəni münasibətlərindən razı qalaraq bildirdilər ki, səhlənkarlıq eləyiblər və bir daha cərimələri gecikdirməyəcəklər. Əlbəttə, inzibati cəzalar bir çox qayda pozuntularını yoluna qoyur. Ancaq yol polisinin sürücülər və hərəkət iştirakçıları arasında apardığı maarifləndirmə, təbliğat, izahat işləri də öz müsbət nəticələrini göstərir.

Qəzaların bir hissəsi də sükan arxasında sürücülərin sərxoş vəziyyətdə əyləşməsi və yorğun halda nəqliyyat vasitələtini idarə etməsi nəticəsində yaranır. 6-cı tağımın stasionar postunda sərxoş və yuxulu sürücülərə qarşı da ciddi mübarizə aparılır. Belə ki, son aylarda neçə sərxoş sürücü aşkar edilib. Bununla yanaşı, nəqliyyat vasitəsini yuxulu idarə edən sürücülər tağımın əməkdaşları, polis kapitanı Qalib Rzayev, polis baş serjantları Elmir Məmmədov, Anar İbrahimov tərəfindən stasionar postda saxlanılaraq maarifləndirilib. İsti yay günlərində avtobus və mikroavtobus sürücüləri postdakı bulaqda əl-üzlərini yuyublar və dinclərini alıb sükan arxasında əyləşirlər.

Onu da qeyd edək ki, 6-cı tağımın əməkdaşları piyadaların təhlükəsizliyini təmin etmək üçün avtomobil yolunun keçdiyi Qaradağ rayonunun Ələt, Sanqaçal, Qobustan və Sahil qəsəbələrindəki tam orta məktəblərdə olub, müəllimlər, məktəblərlə maarifləndirici söhbətlər aparıblar. Tağımın əməkdaşları piyadalar üçün təhlükəli olan yerlərdə, naryadlarda olub, yolu keçmək istəyən qoca və xəstə piyadalara öz köməkliklərini göstəriblər. Xüsusən günün qaranlıq saatlarında bu gün də təhlükəli yerlərdə naryadlar fəaliyyət göstərir, mövcud problemlər qabaqlayıcı tədbirlər nəticəsində aradan qaldırılıb.


Altıncı tağımın naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, rəhbərlik bizim qarşımızda çox mühüm vəzifə qoyub: kobud qayda pozuntularına qarşı mübarizə aparmaq! Ona görə də biz hər səhər növbə qəbul edilərkən əməkdaşlarımızı təlimatlandırır, yüksək sürətə, sərxoş sürücülərə, sərnişindaşıma qaydasını pozanlara qarşı mübarizəni daha da gücləndiririk. Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində xidmət apardığmızı Bakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində ağır qəzalar xeyli azalıb, ölüm və yaralanma halları minimuma enib. Biz düşünürük ki, sürücülərlə və hərəkət iştirakçıları ilə birlikdə hadisələrin sayını bir az da aşağı endirə bilərik. Ancaq bir şərtlə ki, hamı qanuna əməl edə, sürət həddini aşmaya.

Göründüyü kimi, yüksək sürət o deməkdir ki, bərk gedərsən, ölərsən! Yəni avtomobili həddindən artıq yüksək sürətlə idarə edərsənsə, sənin özünün və yanındakı sərnişinləri hər an ölüm gözləyir. Sürücüləri və sərnişinləri isə ölümdən öncə onun ailəsi, balaları, övladları, uşaqları gözləyir. Ona görə də hər bir sürücü gözünün qabağına doğmalarını gətirsə, heç şübhəsiz qəzalar bir o qədər də çox olmaz, ölüm başlarının üstünü kəsdirməz!..

Reyddə iştirak edirdilər: Vüqar ƏSGƏROV – Yol Patrul Xidməti Alayının 6-cı tağımının komandiri, Namiq ƏZİZOV – 6-cı tağımın naryad rəhbəri, polis kapitanı; Elçin ORUCOV – 6-cı tağımın polis kaptanı, baş inspektor; Qalib RZAYEV – 6-cı tağımın polis kapitanı, baş inspektor; İlham QURBANOV – 6-cü tağımın polis leytenantı, baş inspektor; Xəyyam MUSTAFAYEV – 6-cı tağımın baş serjantı, inspektor; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.



İmza:
SON XƏBƏRLƏR
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK