Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Bakıdakı yanğında bir ailə yanıb - AÇIQLAMA + YENİLƏNİB Adalet.az | Bakıdakı yanğında bir ailə yanıb - AÇIQLAMA + YENİLƏNİB Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HADİSƏ

Bakıdakı yanğında bir ailə yanıb - AÇIQLAMA + YENİLƏNİB

1840    |   2019-09-04 17:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səhiyyə Nazirliyi Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğın zamanı yaralanan şəxslərin vəziyyətini açıqlayıb.

Qurumdan verilən məlumata görə, yanğın baş verən binada yaşayan Sabir Xubanov hadisə zamanı xəasərət alan oğlu Anar Xubanovu öz avtomobili ilə xəstəxanaya çatdırıb:

"Hadisədə zərərçəkən Xubanovlar ailəsi xəstəxanaya özləri müraciət etdikləri üçün təcili tibbi yardım briqadasında onların adları qeyd edilməyib. Belə ki, S.Xubanov və oğlu A.Xubanov 5 saylı xəstəxananın yanıq şöbəsinə müraciət ediblər. Hər ikisinin xəsarətləri yüngül olduğundan ilkin yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Bu gün isə Sabir Xubanovun həyat yoldaşı Zibeydə Xubanova 5 saylı xəstəxanaya müraciət edib. Xəstəxanadan verilən məlumata görə, Z.Xubanova palataya yerləşdirilib, müalicəsi davam edir".

11:53

Bakının Səbail rayonunda yaşayış binasında baş verən yanğının səbəbi məlum olub.

Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, sentyabrın 3-ü saat təqribən 23:30-da Nizami küçəsi, 32, mənzil 64A ünvanında qeydə alınan hadisə qaz sızması nəticəsində olub. Yanğından əvvəl partlayış baş verib.

Nəticədə bir ailənin üç üzvü müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Xəsarət alanlar ev sahibi1957-ci il təvəllüdlü Xubanov Sabir Amid oğlu, həyat yoldaşı 1960-cı il təvəllüdlü Xubanova Zibeydə Süleyman qızı və oğlu 1982-ci il təvəllüdlü Anar Xubanovdur.

Zərərçəkənlərin vəziyyətinin ağır olduğu bildirilir.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin yaydığı məlumatdaNizami küçəsində baş verən yanğınla bağlı təcili yardıma müraciət edənin olmadığı bildirilib. Qeyd edilib ki, hadisə yerinə cəlb olunan təcili yardım briqadasına nevrotik reaksiya diaqnozu ilə 1 kişi və 2 qadın yaxınlaşıb. Müraciət edənlərə yerində yardım göstərilib.(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2019-10-14
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK