nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Aqil ABBAS: BIÇAQLAŞMALAR VƏ YA BİZİ ŞUŞADA NİYƏ TUTDULAR? Adalet.az | Aqil ABBAS: BIÇAQLAŞMALAR VƏ YA BİZİ ŞUŞADA NİYƏ TUTDULAR? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: BIÇAQLAŞMALAR VƏ YA BİZİ ŞUŞADA NİYƏ TUTDULAR?

13759    |   2019-09-05 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1974-cü il. İyul ayı. Şuşanın Parisdən gözəl günləri. Heç Ağdamın da Parisdən geri qalmayan günləri.

Rayondayam. Əsgərlikdən yenicə gəlmiş sinif yoldaşlarımla veyillənirik. Dedik gedək bir Şuşaya. Oturduq bir avtobusa, üzü Güləbədinə. Mənim də bir maqnitofonum var, kasetlərimdə də Qədirlə Rəmişdən başqa heç kim yoxdu.

Şuşada da iynə atsan yerə düşməz. Maqnitofonun da səsini artırmışıq, Rəmiş çalır. Vallah, Şuşanın ortasında elə yeriyirik elə bil Rəmiş bizik. Vecimizə də deyil ki, ətrafdakı adamlar bizə naxoş baxır. Biz ağdamlıyıq axı, bunu şuşalılara hiss etdirməsək nə ağdamlı olduq ki?!

Şuşaya gəlmisənsə, İsa bulaqda yeyib-içməmisənsə qayıdıb Ağdamda nə ilə lovğalanmaq olardı ki?

Nə isə, bu da İsa bulağı. Gətir-götür. Araq da su kimi gedir, amma onda mənim əsl müsəlman vaxtım idi, içki içmirdim. İçlərində bir ayıq adam var – o da mənəm. İndi gəl bir belə dəlini yola ver.

Dedilər gedək «Dom otdıx»a. Onda da «Dom otdıx»ın «Dom otdıx» vaxtı idi, SSRİ-nin hər yerindən gəlirdilər. Gözəl-gözəl urus qızları itinə tök. Tans-filan…

Nə isə. Gəldik «Dom otdıx»a maqnitofonda da Rəmiş çalır. Camaat da rəqs edir, yəni tans.

Bir-iki uşaq da gəldi ki,maqnitofonu söndürün. Boy, bunu biz ağdamlılara demək olar? Mübahisə, dalınca da dava. Beş-altı nəfər biz, şuşalılar da ki…

Bizi eşşək kimi çırpacaqdılar, bu vaxt ortaboylu, amma pəhləvan cüssəli bir oğlan çıxdı önə. Həmin oğlanı tanımırdım. Dedi ki, nə olub ə, düşmüsünüz beş-altı uşağın üstünə. Nədənsə şuşalılar onu görəndə geri çəkildilər.

Nə isə, milis çağırdılar. Bizi tutub gətirdilər «Dom otdıx»ın müdiri Əhəd müəllimin otağına. Burda da əsas qorxan bir mənəm, bir də Rauf Kazımov. Çünki ikimiz də institutda oxuyuruq, yəni bizi qova bilərlər. O biriləri əsgərlikdən təzə gəlmiş, beyni qan uşaqlardı.

Ciblərimizi yoxladılar, Nizaminin (Ağdamın «Qarabağ» komandasının hücumçusu idi) cibindən bir tülkü bıçaq çıxdı. Həmin dövrün adamları o bıçağı yəqin unutmayıblar. O bıçağın tiyəsinin uzunluğu təxminən bir on santimetr olardı və soyuq silah sayılırdı. Və o bıçağı gəzdirənlər cinayət məsuliyyəti daşıyırdı. Xuliqanlıq etmişik, camaatın istirahətini pozmuşuq, dava salmışıq və cibimizdən də soyuq silah çıxıb. Vallah, dədəm gərək bir ildə Ağcabədidə qazandığı pulu verəydi ki, bizi qurtaraydı. Raufla mənim cibimdən isə tələbə bileti çıxmışdı.

Uşaqlardan kimsə Əhəd müəllimin oğlu, Şuşanın «avtoritetlərindən» olan Hofferin adını çəkdi ki, guya onun dostudu. Təbii ki, dostu deyildi, yaltaqlanmaq üçün.

Əhəd müəllim də dedi:

- Elə Hoffer də sizin tayınızdı.

Nə isə, Əhəd müəllim milisə dedi ki, uşaqdılar qanmayıblar, siz gedin özüm yoluna qoyaram. Milislər ağsaqqalın sözünü eşidib getdilər. Sonra Əhəd müəllim itə deyilən sözləri bizə dedi, xüsusilə mənlə Raufa (Sonra Rauf Kazımov bir həkim kimi Şuşada sanatoriyanın baş həkimi işlədi. Sonra da müharibə vaxtı Ağdamda tank onun maşınının üstündən keçdi və şəhid oldu. Bəlkə də sağ qalsaydı Azərbaycanın ən məşhur həkimlərindən biri olacaqdı).

Nə isə. Əhəd müəllim bıçağı özündə saxladı, bizə dedi rədd olun, özü də bir başa Avtovağzala. Artıq gecədi. Həyətə düşəndə gördük ki, şuşalılar «həsrətlə» bizi gözləyirlər, təbii ki, çırpmaq üçün. Amma gördük ki, həmin pəhləvan cüssəli oğlan da burdadı. Dedik gəlin gedək. «Dom otdıx»dan Avtovağzala piyada gedirik, şuşalılar da gözləyir ki, bu pəhləvan cüssəli oğlan ayrılıb gedəcək. Gəldik Avtovağzala, artıq avtobuslar işləmir. Nəsə bir yük maşını tapdıq, qalxdıq onun banına, pəhləvan cüssəli oğlan da bizlə. Həmin igid bizi şuşalıların əlindən aldı.

Gəldik Ağdama. Mən balaca qardaşıma hadisəni danışdım. Və bir də bizi şuşalıların əlindən alan həmin oğlanın kim olduğunu soruşdum.

Dedi ki, Füzulidəndi, Ağdamda Kənd Təsərrüfatı Texnikumunu oxuyur. Pəhləvandı, üstündən hətta maşın keçirdirdi. Adını da dedi, çox təəssüf ki, indi adı yadımdan çıxıb. Bu yazını oxuyan füzulililər onun adını tapıb desələr xoş olar.

Bu yazını niyə yazdım? Bir xatirə kimi yox. Sadəcə olaraq bu gün Azərbaycanda tez-tez baş verən bıçaqlaşma və ölüm hallarına görə. Və sonucda da bu günlərdə adi bir mübahisə zəminində bircə bıçaqla ürəyindən vurularaq öldürülən Fərid Məmmədov. Təkcə bugünki qəzetlərdə və saytlarda Bakıda və rayonlarda on, ya on beş bıçaqlanma hadisəsi bildirilir.

Deməli, beləydi. Sovetlər dönəmində cib bıçağı əgər əlin dörd barmağına çatırdısa cinayət məsuliyyəti daşıyırdın. Çünki döş qəfəsindən ürəyə olan məsafə təxminən 4 santimetrdi.

İndi hamı cibində bıçaq gəzdirir. Nəinki dörd santimetrdən uzun, hətta xəncər, fin bıçağı. Və ən adi mübahisə zamanı istifadə edirlər.

Ona görə də Sovetlər dönəmində olduğu kimi, tiyəsi 3 santimetrdən uzun olan bıçaq gəzdirənlər ən azı inzibati məsuliyyət daşımalıdırlar. Və Azərbaycan polisinə də səlahiyyət verilməlidi ki, şübhəli şəxslərin elə küçədəcə şahidlərin nəzarəti altında üstünü araşdırsın. Lap elə mənim də. Düzdür, sosial şəbəkələr partlayacaq ki, Azərbaycanda küçələrdə insan haqları pozulur, cibləri yoxlanılır. Qoy olsun. Hüququ kim pozur – bu cinayətlərin qarşısını almaq istəyən polismi, yoxsa bu cinayətə istəkli olanmı?!

Söz həm Parlamentimizindir, həm də ictimai asayişi mühafizə edən, ölkənin əmin-amanlıqda yaşaması üçün öz canını fəda edən və fəda etməyə hazır olan Azərbaycan polisinin!




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Deputatlar koronavirusa görə testdən keçiriləcək

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK