ANA SƏHİFƏ / HADİSƏ

Siyəzəndə üç övladı ilə yoxa çıxan qadın Bakıda tapıldı - FOTO

2462    |   2019-09-03 11:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Siyəzən rayon sakini, üç övladı ilə birgə iki ay əvvəl itkin düşən 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı tapılıb.

Bu barədə Siyəzən Rayon Polis Şöbəsindən məlumat veriblər. Qeyd olunub ki, qadın ötən ayın 30-u Bakıda tapılıb.

Xatırladaq ki, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.




İmza:
SON XƏBƏRLƏR
2020-07-03
2020-07-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK