Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycanda biruşaqlı ailələrin sayında ciddi artım qeydə alındı Adalet.az | Azərbaycanda biruşaqlı ailələrin sayında ciddi artım qeydə alındı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda biruşaqlı ailələrin sayında ciddi artım qeydə alındı

2683    |   2019-09-03 09:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2011-ci ildən başlayaraq doğulan uşaqların sayının azalması prosesi gedir.

Bunu mətbuata açıqlamasında Ailə,Qadın vəUşaq Problemləri üzrə DövlətKomitəsininUşaq problemləri şöbəsinin böyük məsləhətçisiPərvizƏliyev deyib.

O, ölkəmizdə biruşaqlı ailələrin 30 faiz artdığını bildirib:

"Hazırda birvə ya ikiuşaqlı ailələrin sayından artım var. Ailələrdə üçvə dördüncü uşağın doğulma sayında azalma müşahidə edilir. Bu azalma daha çox valideynlərin məsuliyyət hissi ilə bağlıdır. İndiki dövrdə valideynlər uşaqlara hər şeyin yaxşısını vermək istəyir.

Təbii ki, bu da müəyyən xərclər tələb edir. Həm də indiki ailələrdə hər iki valideyn işlədiyi üçün uşaqlara vaxt ayırmaq məsələsi çətinləşib. Ən əsası, onların tərbiyəsi ilə məşğul ola bilmirlər. Bu səbəbdən də valideynlər öz məsuliyyətini başa düşərək, birvə ya ikiuşağa üstünlük verir. Şəhərdən fərqli olaraq, regionlarda beşvə ya altıuşaqlı ailələr var. Çoxuşaqlı ailələr üçün stimullaşdırıcı tədbirlər görülür.

Birvə ya ikiuşağa üstünlük verilməsi dövlət tərəfindən tənzimlənməyən məsələdir. Bu, ailələrin seçimidir. Müəyyən mənada bu seçim daha keyfiyyətli və gələcək nəslin daha sağlam, təhsilli formalaşmasına müəyyən qədər təsir edən amillərdən biri olacaq".

Qurum rəsmisi deyib ki, hazırda Azərbaycanda doğulan uşaqların sayı 2 milyon 600 mindir:

"Əvvəlki illərdə isə bu rəqəm müvafiq olaraq 2 milyon 800 min, 2 milyon 700 min olub.

Statistik göstəricilərə görə, biruşaqlı ailələr 30 faiz, ikiuşaqlı ailələr 40 faiz, üçuşaqlı ailələr 19 faiz, dörddən çox uşağı olan ailələr isə 9 faizdir.1999-cu illə müqayisədə, dördvə ya daha çox uşaqlı ailələr 7 faiz, iki və üçuşaqlı ailələr isə 5-6 faiz, ümumi olaraq isə çoxuşaqlı ailələr 10 il ərzində 6-7 faiz azalıb. Təkuşaqlı ailələr isə 30 faiz artıb".

Pərviz Əliyev hazırkıtendensiyaya görə çoxuşaqlı ailələrin sayınınazalacağını qeyd edib:

"Bu il əhali siyahıya alınacaq. O zaman nəticəni biləcəyik. Amma ölkə üzrə doğulan uşaqların azalması prosesi gedir. Belə ki, 2018-ci ildə bu rəqəm 138 min, 2017-ci ildə 144 min olub. Ümumi olaraq isə 2011-ci ildən (176 min 72 uşaq) doğulan uşaqların sayında ciddi azalmalar gedir".(oxu.az)




İmza:
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK