hacklink Adalet.az | Bakıda 5000 ağac kəsiləcək - AÇIQLAMA Adalet.az | Bakıda 5000 ağac kəsiləcək - AÇIQLAMA Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakıda 5000 ağac kəsiləcək - AÇIQLAMA

4911    |   2019-09-02 16:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi qurumuş ağacların kəsilməsinə başlayıb.

Bununla bağlı  Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Onun sözlərinə görə, paytaxtın 12 rayonu üzrə ümumilikdə beşminə yaxın ağacın quruduğu müəyyənləşib:

"Hazırda kəsilmə prosesi davam etdirilir. 1200-dən çox qurumuş ağac kəsilib. Bəzən bu proses zamanı çətinliklər yaranır. Misal üçün, həmin ağacların yaxınlığında avtomobillər saxlayır və ya həmin ərazidə hərəkət sıxlığı müşahidə olunur.

Proses kökü üstə tam qurumuş ağaclar kəsilib bitənədək davam edəcək. Bunun nə qədər davam edəcəyi məlum deyil.

Dünən bazar günü olmasına baxmayaraq, Yasamal rayonunun bir neçə küçəsində kəsinti işləri həyata keçirilib. Budama işləri də aparılır".

Qeyd edək ki, avqustun 5-də baş verən güclü külək zamanı 50 ağac aşıb, 14-ü kökündən çıxıb. Hadisələr zamanı beş nəfər xəsarət alıb, 10 avtomobil əzilib.(oxu.az)




İmza:

Quba polisi gücləndirilmiş rejimə keçib

Ötən gün yol qəzalarında iki nəfər ölüb

Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib

Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

İşğalda qalan Kərki - 30 il ötür

Bakı məktəblərində 20 Yanvara həsr olunmuş xüsusi dərslər keçirilib

Bakı Qida və Yağ Fabrikinə ziyarət təşkil edildi

Heydər Əliyev prospektində sürət həddi endirildi

Dövlət Komitəsi Nərminlə bağlı müraciət yaydı: “Lazımsız məlumatların efirdən səslənməsi...”

Naxçıvanda “ASAN xidmət” mərkəzi tikiləcək - SƏRƏNCAM

“CinemaPlus”da 20 Yanvara həsr olunmuş filmin ödənişsiz nümayişi keçiriləcək

SON XƏBƏRLƏR
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK