nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Metyu Brayza: Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü Adalet.az | Metyu Brayza: Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Metyu Brayza: Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü

10688    |   2019-08-30 11:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirmək istəsə, ritorikasını dəyişdirməlidir.

Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Nikol Paşinyanın son təxribatçı açıqlamalarını şərh edərkən deyib.

M.Brayza bildirib: "Düşünürəm ki, Paşinyana qarşı Ermənistandakı siyasi qüvvələr çox güclüdür. Paşinyan çox çətin bir siyasi vəziyyətə düşdü. Həssas çıxışlar etdi. Geriyə addım atmalı, ritorikanı, bu ifadələri dəyişdirməli, danışıqları davam etdirmək istədiyi təqdirdə danışmalıdır".

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 5 avqust 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmiş, "Pan-Erməni Oyunları" nın açılışında iştirak edib. "Açılış mərasimində" Paşinyan təxribatçı bəyanatla çıxış edərək Dağlıq Qarabağı "Ermənistanın ayrılmaz hissəsi" adlandırıb.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları səbəbindən yaranmışdı. Hazırda Dağlıq Qarabağ və ona bitişik yeddi rayon - Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəsə nail oldular və bu günə qədər ATƏT-in Minsk Qrupunun himayəsi altında - Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə uğursuz sülh danışıqları davam edir.

BMT Təhlükəsizlik Şurasının işğal altındakı Dağlıq Qarabağın və ona bitişik ərazilərin azad edilməsi ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də Ermənistan tərəfindən yerinə yetirilmir.




İmza:

MSK sədrindən xəbərdarlıq: Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq

İranda səsvermənin müddəti uzadılıb

Daha bir məntəqədə seçkilərin nəticələri ləğv edilib

İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı

“Seçkidən qalib çıxmışam, niyə istefa verməliyəm ki?” - Sabir Rüstəmxanlı

Sercio Mattarella: 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub

Çindəki səfirliyimiz tam heyətlə işləyir - XİN

MSK daha altı məntəqənin nəticələrini “sıfırladı” - YENİLƏNİB

Harvard Universitetinin saytında Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

MSK DSK-nın qərarını qüvvədə saxladı

Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb

SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK